Kadir İnanır həyat yoldaşına bankda 60 milyon nağd pul qoyub?
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
17 dekabrda rəsmi şəkildə açıqlanması gözlənilən Kadir İnanırın vəsiyyətnaməsindən əvvəl onun mal varlığı ilə bağlı bəzi detallar üzə çıxıb.
BAKU.WS xəbər verir ki, iddialara görə, onun bank hesablarında 60 milyon türk lirəsi olduğu bunun isə həyat yoldaşı Jülide Kurala qalacağı bildirilib.
Aktyorun vəsiyyətnamədə qeyd olunan bu məbləğdən başqa heç bir nağd pul ehtiyatı mövcud deyil.
Bildirilib ki, sənətkar uzun illər ərzində üzləşdiyi ağır xəstəliklər səbəbindən sərvətinin böyük bir hissəsini müalicə xərclərinə sərf edib.
"Hürriyet" qəzetinin məlumata əsasən, sağlamlıq problemləri ilə mübarizə aparan İnanır özəl klinikalarda aldığı müalicələrlə yanaşı, şəfa tapmaq üçün Kubaya da yollanıb.
2018-ci ildə beyninə qan sızmazdan əvvəl ağciyər xərçəngindən əziyyət çəkən aktyorun həmin dövrdə müalicə xərclərini qarşılamaq məqsədilə Dalamandakı bağ evini satdığı bildirilib.
Sonrakı illərdə səhhətinin yenidən pisləşməsi səbəbindən onun İstanbulun Ulus səmtindəki mənzilini də satmaq məcburiyyətində qaldığı iddia olunur.
Sənətkarın ömrünün son illərini yaşadığı Beykozdakı evin isə mərhum iş adamı İsmət Acar tərəfindən ona hədiyyə edildiyi deyilib.
Xatırladaq ki, Levent İnanırın bundan əvvəl verdiyi sərt açıqlamalar miras ətrafındakı gərginliyi daha da artırmışdı.
O, açıqlanan vəsiyyətnamənin həqiqiliyinə inanmadığını bildirərək, dayısının doğmalarına heç nə qoymadığını iddia etmiş, həmçinin sənətkarın son günlərdəki səhhəti və ona göstərilən qulluqla bağlı fikirləri ilə ictimaiyyətdə geniş rezonans doğurmuşdu.
Baxış sayı:158
Bu xəbər 16 Noyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















