Icma.az
close
up
RU
Gümrü hadisələri və Qərbin susqunluğu

Gümrü hadisələri və Qərbin susqunluğu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu sükut ikili standartların davam etməsinin təzahürüdür

Ermənistanın ikinci böyük şəhəri olan Gümrünün meri Vardan Qukasyanın və meriyanın baş memarı Henrix Qasparyanın oktyabrın 20-də səhər saatlarında həbs edilmələri ölkədə böyük rezonans doğurub. Həmin gün şəhərdə kütləvi iğtişaşlar törədilib. Ermənistan İstintaq Komitəsi hadisələr zamanı 37 nəfərin saxlanıldığını açıqlamışdı. Sonradan onlardan bəziləri sərbəst buraxılıb. 19 nəfərin işi üzrə qərar çıxarılması üçün məhkəməyə müraciət edilib. Məhkəmə onlardan 13 nəfəri barəsində həbs qərarı çıxarıb. Digər 6 nəfər yetkinlik yaşına çatmadığı üçün barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib və ölkədən çıxışlarına qadağa qoyulub. Barələrində hökm çıxarılan bütün şəxslər kütləvi iğtişaşlarda iştirak etmək və ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törətmə maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunublar.

Gümrü meriyasının vəzifəli şəxsləri isə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. Onlara qarşı bu faktlar üzrə cinayət işi açılıb. İstintaqın məlumatına görə, mer və meriyanın baş memarı Qaregin Njde küçəsində təxminən 1500 kvadratmetrlik qanunsuz tikilinin sökülməməsi barədə razılığa gələrək, mülk sahibindən təxminən 10 min dollar pul alıblar. Söhbət “Fabrika” mağazalar şəbəkəsinin sahibi, biznesmen Sevak Qomtsyandan gedir.

Vardan Qukasyan Ermənistandakı revanşist qüvvələrə bağlı bir fiqurdur. Daha doğrusu, onlardan biridir. O, bu il martın 30-da yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərdən sonra mer vəzifəsini tuturdu. Onun seçilməsi müəmmalı şəraitdə baş tutmuşdu. Oktyabrın 1-də parlamentdə hökumət saatında baş nazir Nikol Paşinyan meri mart seçkiləri zamanı rüşvət verməkdə ittiham etmiş və Qukasyanın sonradan şəhər administrasiyasına rəhbər təyin olunmasını anlaşılmazlıq adlandırmışdı. Paşinyan bu anlaşılmazlığı düzəltməyə söz vermişdi.

***

Əlbəttə, Gümrüdə baş verən son hadisələr bir daha göstərdi ki, beynəlxalq institutlar regionda baş verən proseslərə münasibətdə eyni ölçü və meyarlarla yanaşmırlar. Bu həbslər, ardınca şəhərdə kütləvi iğtişaşların baş qaldırması Ermənistan daxilində ciddi siyasi hadisə kimi qiymətləndirilsə də, Qərb dairələrində demək olar ki, heç bir reaksiya doğurmadı. Halbuki bu miqyasda hadisə Azərbaycanda baş versəydi, Avropa Parlamenti, ATƏT, Avropa Şurası və müxtəlif QHT şəbəkələri dərhal bəyanatlar verməyə, “demokratiyanın pozulması”, “siyasi repressiyalar” barədə iddialar səsləndirməyə başlayacaqdılar. Zənnimizcə, bu susqunluq təsadüfi deyil. Qərb institutlarının Cənubi Qafqaz siyasətində müşahidə edilən ikili standartlar uzun illərdir açıq şəkildə görünür. Ermənistan Qərb üçün bir növ “demokratik vitrindir”. Həmin vitrin vasitəsilə regionda təsir dairəsini saxlamaq, Rusiyaya qarşı ideoloji balans formalaşdırmaq istəyən Qərb mərkəzləri bu ölkədə baş verən ciddi pozuntuları görməzdən gəlir.

Gümrü hadisələri bunun bariz nümunəsidir. Hökumətə yaxın media bu prosesi korrupsiya ilə mübarizə kimi təqdim etsə də, əslində, ölkənin ikinci böyük şəhərində merin vəzifədən uzaqlaşdırılması və ardınca iğtişaşların baş verməsi demokratik cəmiyyətlər üçün ciddi siqnaldır. Amma nə Brüsseldən, nə Strasburqdan, nə də Qərbin digər paytaxtlarından bu barədə hər hansı rəsmi mövqe səslənmədi. Əksinə, Qərb mətbuatı bu hadisəni diqqətdən kənarda saxladı.

Qərb institutlarının susqunluğunun bir neçə səbəbi var. Əvvəla, Ermənistan son illər Qərb üçün geosiyasi cəhətdən əlverişli tərəfdaşa çevrilib. Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda İrəvan Qərb platformalarında “azad seçim edən kiçik demokratiya” obrazı qazanıb. Belə bir imicə zərbə vurmaq istəməyən beynəlxalq qurumlar bu ölkədə baş verən qanunsuzluqları görməməyə üstünlük verirlər. İkincisi, Qərb üçün əsas prioritet Ermənistanın siyasi kursunun dəyişməməsidir. Hakimiyyətin daxili repressiyalarına, seçki pozuntularına və ya yerli icra orqanlarındakı korrupsiya faktlarına diqqət yetirmək bu kursun sabitliyini poza bilər. Ona görə də beynəlxalq təşkilatlar bu kimi hallarda siyasi mülahizələrlə susmağa üstünlük verirlər.

Üçüncü səbəb isə Ermənistan cəmiyyətinə münasibətdə formalaşmış müəyyən, necə deyərlər, romantik baxışlardır. Qərbdə hələ də Ermənistan demokratik keçid dövründə olan, dəstəyə ehtiyacı olan ölkə kimi qavranılır. Halbuki eyni arqumentlərlə uzun illər ərzində regiondakı digər dövlətlərə qarşı sərt təzyiq siyasəti yürüdülüb. Bu, beynəlxalq münasibətlərdəki açıq selektiv yanaşmanın təzahürüdür.

Bir anlığa təsəvvür edək ki, oxşar hadisə Azərbaycanda baş verib. Şəhər meri eyni ittihamla həbs olunur, tərəfdarları küçələrə çıxır, asayiş keşikçiləri güc tətbiq edir, onlarla şəxs saxlanılır. Qərb mediasının, hüquq-müdafiə təşkilatlarının və beynəlxalq institutların reaksiyasını təsəvvür etmək çətin deyil. Bir neçə saat ərzində bəyanatlar, çağırışlar, qətnamə layihələri hazırlanardı. Hətta Avropa Parlamentində təcili dinləmə keçirilməsi təklif olunardı. Amma məsələ Ermənistana aid olanda, eyni dəyərlər sanki işləmir. Çünki burada əsas məsələ insan haqları deyil, maraqlar balansıdır. Qərb institutları üçün mühüm amil həmin ölkənin siyasi xəttinin kimə yaxın olmasıdır. Əgər bu xətt Qərbə yönəlibsə, istənilən daxili problemlər “demokratik çətinlik” kimi təqdim olunur. Əgər Qərbdən uzaqdırsa, o zaman eyni proses “avtoritar meyillər” adlandırılır. Bu yanaşma nə ədalətli, nə də obyektivdir. O, beynəlxalq sistemdəki dəyərlər bərabərliyinə zərbə vurur. Gümrü hadisələri bu ziddiyyətin növbəti sübutudur.

Bu susqunluq təkcə Qərbin reputasiyasına deyil, həm də region xalqlarının beynəlxalq institutlara inamına ciddi təsir göstərir. Əgər Avropa Şurası, ATƏT və ya Avropa Parlamenti eyni prinsipiallığı bütün ölkələrə qarşı nümayiş etdirmirsə, onların ədalət çağırışları mənasını itirir. Cənubi Qafqaz cəmiyyətləri artıq çox aydın şəkildə görürlər ki, “demokratiya” anlayışı da siyasi maraqlarla ölçülür. Ermənistanda baş verənlərə səssiz qalmaq, faktiki olaraq, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və seçki pozuntularını susqunluqla legitimləşdirmək deməkdir. Bu isə həm Qərbin dəyərlər sisteminə, həm də regionda ədalətli münasibət qurmaq iddiasına ziddir.

İkili standartların kökündə isə siyasi alver dayanır. Qərb institutları müəyyən ölkələri strateji müttəfiq, digərlərini isə müttəfiq olmayanlar kimi bölərək, münasibətlərini bu kateqoriyalara uyğun tənzimləyirlər. Bu yanaşma yalnız Cənubi Qafqazda deyil, bütün postsovet məkanında müşahidə olunur. Əgər beynəlxalq hüquq universal prinsiplərə əsaslanmalıdırsa, bu prinsiplər bütün dövlətlərə bərabər şəkildə tətbiq olunmalıdır. Amma Qərb dairələri çox zaman bu prinsipləri siyasi təzyiq vasitəsinə çevirirlər.

Gümrü hadisələrinə səssiz qalmaq, əslində, razılıq formasıdır. Qərb üçün bu, öz tərəfdaşına güzəştə getmək deməkdir. Lakin belə güzəştlər nə Ermənistanın, nə də regionun gələcəyi üçün faydalıdır. Çünki ikili yanaşma nəinki ədalət hissini zədələyir, həm də cəmiyyətlərdə dəyərlərə inamı sıradan çıxarır. Əgər Qərb həqiqətən regionda sabitlik, demokratiya və insan haqları istəyirsə, bu prinsipləri selektiv deyil, bərabər şəkildə tətbiq etməlidir. Əks halda, hər növbəti sükut onun dəyərlər sisteminə yönəlmiş etimadsızlığı daha da gücləndirəcək.

Rizvan HÜSEYNOV,
siyasi şərhçi

Gümrü hadisələri bir daha göstərdi ki, Qərb institutlarının universal dəyərlər anlayışı, əslində, siyasi maraqlarla ölçülür. Ermənistan kimi Qərbə yaxın ölkələrdə baş verən qanun pozuntuları, kütləvi iğtişaşlar və siyasi motivli həbslər susqunluqla qarşılanır, halbuki eyni situasiya başqa bir ölkədə yaşansa, dərhal “demokratik böhran” elan olunur. Bu, beynəlxalq münasibətlərdə ikili meyarların ən açıq təzahürüdür.

Avropa təşkilatlarının Gümrü merinin həbsi ilə bağlı səssiz qalması bir tərəfdən Ermənistanın Qərb üçün geosiyasi əhəmiyyətindən irəli gəlir. Brüssel üçün bu ölkə Cənubi Qafqazda Rusiya təsirinə qarşı, guya, dayaq nöqtəsidir. Buna görə də orada baş verən hüquq pozuntuları ya daxili məsələ, ya da islahatların çətin mərhələsi kimi təqdim olunur. Digər tərəfdən bu yanaşma beynəlxalq sistemdə ədalət prinsiplərinə ciddi zərbə vurur. Cənubi Qafqaz cəmiyyətləri artıq aydın şəkildə görürlər ki, Qərb üçün demokratiya anlayışı sabit prinsiplər toplusu deyil, situasiyadan asılı mövqedir. Bu reallıq bölgədə Qərbin nüfuzunu azaldır, onun çağırışlarını formal səviyyəyə endirir. Əgər beynəlxalq institutlar doğrudan da regionda hüququn aliliyini dəstəkləmək istəyirlərsə, bu dəyərləri bərabər tətbiq etməli, heç bir tərəfə güzəştə getməməlidirlər. Əks halda, onların hər bir susqunluğu yeni etimadsızlığın və məyusluğun təməlini qoyacaq.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see244

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see215

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see204

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see191

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see184

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see182

Bakıda binadan yıxılan kişi öldü

13 İyun 2026 10:33see178

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see177

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see172

Bakıda parkinq böhranı: Yer yoxdur, qiymətlər isə artır VİDEO

13 İyun 2026 08:28see167

İldırımlı hava AZAL ın təyyarəsi geri qayıtdı

12 İyun 2026 22:09see167

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see163

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see163

Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?

13 İyun 2026 02:50see162

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see161

DÇ 2026: İngiltərə millisinin düşərgəsində oğurluq

13 İyun 2026 07:24see160

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see160

ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

12 İyun 2026 21:06see159

DÇ 2026: ABŞ Paraqvaya rəhm etmədi

13 İyun 2026 08:01see156

Dövlət “bir daşla üç quşu necə vura bilər”? “Uşaq pulu” ilə bağlı təklif

13 İyun 2026 13:50see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri