Icma.az
close
up
RU
Gümrünün meri həbs olundu “Sputnik Armenia” Paşinyana müxalif merin müdafiəsinə qalxıb (VİDEO)

Gümrünün meri həbs olundu “Sputnik Armenia” Paşinyana müxalif merin müdafiəsinə qalxıb (VİDEO)

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Bu gün səhər tezdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya hərbi bazasının yerləşdiyi Gümrü şəhər meriyasında xüsusi əməliyyat keçirib.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, binaya təxminən 60-70 maskalı xüsusi təyinatlı zabit daxil olub.

Meriya nümayəndələrinə səfərin məqsədi barədə məlumat verilməyib, bundan sonra şəhərin meri Vardan Qukasyan saxlanılıb.

“Joqovurd” qəzetinin məlumatına görə, təhlükəsizlik qüvvələri xüsusi olaraq Qukasyan üçün gəlib. Onun köməkçisinin sözlərinə görə, meri üzü üstə yerə yıxıblar və sonra binadan çıxarıblar. Qukasyana yaxın şəxslər binaya yaxınlaşmağa cəhd göstərsələr də, bunun qarşısı alınıb.

Bu arada Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Gümrü meriyasında rüşvət alınmasında və rüşvət verməkdə təqsirləndirilən səkkiz şəxsin həbsini əks etdirən videogörüntü dərc edib.

Komitənin bəyanatında bildirilirdi ki, Gümrü meriyasının bir qrup məmuru külli miqdarda rüşvət almaq və vermək ittihamı ilə həbs edilib.

Həyata keçirilən geniş əməliyyat-istintaq tədbirləri nəticəsində Gümrü meriyasının rəhbəri və baş memarın razılığı ilə rüşvət tələb edilməsi və alınması hallarına dair sübutlar əldə edilib. Məlumatda qanunsuz tikililə bağlı şəhər sakinindən külli miqdarda vəsait alınmasına dair geniş faktlar yer alıb.

Bu arada “Sputnik Armenia” rüşvətə görə həbs olunan rusiyapərəst Qukasyanın müdafiəsinə qalxıb. İşi siyasiləşdirməyə çalışan “Sputnik” iddia edib ki, merin həbsi Nikol Paşinyanın sifarişidir. Çünki Qukasyan Baş nazirə müxalif mövqedədir.

Qukasyanın vəkilini danışdıran nəşr hesab edir ki, Gümrü meriyasında təhlükəsizlik qüvvələrinin hərəkətləri Ermənistanda demokratiya böhranıdır. Vəkil hüquq-mühafizə orqanlarının meriyaya “səfər” etməsini guya cinayət işinin siyasi sifariş olmasının bariz nümunəsi hesab edir.

C.Məmmədli

“AzPolitika.info”


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri