Icma.az
close
up
RU
Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb

Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarix boyu fərqli coğrafiyalardan keçən yollar müxtəlif xalqlar arasında münasibətlər yaratmış, bu münasibətlər sonradan strateji tərəfdaşlığa belə çevrilib. Dünya tarixinə iz salan belə yollardan biri də "Böyük İpək Yolu"dur.

Oxu.Az xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

"Təsadüfi deyil ki, bu yol hazırda bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilir. Çoğrafi baxımdan bu qədim yolun üzərində yerləşən Azərbaycan da tarixən "İpək Yolu"nun bir parçası olub. Yəni Azərbaycanla Çini hələ min illər əvvəl bu qədim yol birləşdirib. Tarixi "İpək Yolu"ndan başlanan münasibətlər ötən 34 il ərzində - Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı şəkildə inkişaf edib", - deyə deputat vurğulayıb.

Deputat bildirib ki, Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olan Azərbaycan bu ölkə ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir: "Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər".

"Ümumiyyətlə, son illərdə iki ölkə arasındakı əlaqələr strateji müstəviyə qaldırılıb. Belə ki, 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. 18 iyul 2024-cü il tarixində isə Azərbaycan Respublikası müşahidəçi ölkə statusu almaq üçün ŞƏT-ə müraciət edib", - S.Salmanova bəyan edib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin əla səviyyədə olduğunu vurğulayıb. "Dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunub. "Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək, görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq", - deyə S.Salmanova Ölkə Prezidentindən sitat gətirib.

"Dövlət başçısı, həmçinin COVID-19 pandemiyası başlayan zaman peyvəndlərin ölkəmizə gətirilməsində Azərbaycana yardım edən yeganə ölkənin Çin olduğunu xüsusilə diqqətə çatdırıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini dəfələrlə ifadə edib. O, İlham Əliyevlə görüşlərində və ünvanladığı məktublarda Azərbaycan və Çinin dost, tərəfdaş ölkələr olduğunu diqqətə çatdırıb", - deyə MM üzvü vurğulayıb.

Deputat onu da bildirib ki, "Böyük İpək Yolu"nun inkişafı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlişində və inteqrasiya prosesində müstəsna rola malikdir. "Xüsusilə də, 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geostrateji vəziyyət, iqtisadi və mədəni əməkdaşlıq vəd edən Zəngəzur dəhlizinin perspektivləri Türk dünyasının bütünləşməsi istiqamətində atılan ən ciddi addımlardan biri olacaq. Əminliklə söyləmək olar ki, bütün bu işlərin həyata keçməsi, uğurla davam etməsi üçün Çin Azərbaycanın ən böyük strateji tərəfdaşı və dəstəkçilərindən biri rolunda çıxış edir", - deyə deputat bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Aprel 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri