Icma.az
close
up
RU
Gündə beş dəqiqəlik məşq qan təzyiqini aşağı salır

Gündə beş dəqiqəlik məşq qan təzyiqini aşağı salır

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstraliya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu gündəlik fiziki fəaliyyətdə kiçik artımın qan təzyiqini aşağı sala biləcəyini müəyyən edib.

"Unikal" xəbər verir ki, araşdırma "Circulation" elmi jurnalında dərc olunub.

Hipertoniya və ya davamlı olaraq yüksəlmiş qan təzyiqi bütün dünyada vaxtından əvvəl ölümün əsas səbəblərindən biri olaraq qalır. Dünyada 1,28 milyard yetkin insana təsir edən bu, insult, infarkt, ürək çatışmazlığı, böyrəklərin zədələnməsi və bir çox digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Tədqiqat qrupu gün ərzində dəyişən hərəkət tərzinin qan təzyiqi ilə necə əlaqəli olduğunu öyrənmək üçün beş ölkədən 14,761 könüllünün sağlamlıq məlumatlarını təhlil edib. 

Hər bir iştirakçının gecə-gündüz aktivliyi və qan təzyiqi ölçülüb. 

Gündəlik fəaliyyət altı kateqoriyaya bölünüb: yuxu, oturaq fəaliyyət (oturmaq kimi), yavaş yerimə, sürətli yerimə, ayaq üstə durma və qaçış, velosiped sürmə və ya pilləkənlərə qalxma kimi daha intensiv məşqlər.

Komanda, bir insanın bir davranışı digərinə dəyişdiyi təqdirdə nələrin baş verəcəyini statistik olaraq modelləşdirib və müəyyən edibi ki, oturaq həyat tərzindən imtina edərək gündə 20-27 dəqiqə məşq etmək ürək-damar xəstəliklərini potensial olaraq əhali səviyyəsində 28%-ə qədər azalda bilər.

Bununla belə, daha qısa məşqlər hipertoniya ilə mübarizədə nəzərəçarpacaq faydalar da verə bilər.

"Hətta gündə beş əlavə dəqiqə məşqin qan təzyiqi ölçülərində nəzərəçarpacaq dərəcədə azalma ilə əlaqəli ola biləcəyi tapıntısı, daha intensiv fəaliyyətin qısa müddətlərinin qan təzyiqinə nəzarət etmək üçün nə qədər təsirli ola biləcəyini vurğulayır", - deyə tədqiqat müəllifləri bildiriblər. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri