Banan qan təzyiqini aşağı salır Gündə nə qədər yeyə bilərsiniz?
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bananda yüksək miqdarda kalium olur. Bu mineral qan təzyiqinin nəzarətdə saxlanmasına kömək edir. Kalium çatışmazlığı isə arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, yüksək təzyiqdən əziyyət çəkən insanlar gündə iki banandan artıq istehlak etməməlidir.
Qan təzyiqinə təsirinin səbəbi nədir?
Bananda orqanizm üçün mühüm əhəmiyyət daşıyan bir neçə qida maddəsi var. Orta ölçülü bir banan təxminən 400–450 mq kaliumla zəngindir. Bu elektrolit orqanizmdə natrium səviyyəsini balanslaşdırır.
Amerika Ürək Assosiasiyasının məlumatına görə, çox natrium qəbulu təzyiqi yüksəldə bilər, kalium isə əksinə, damar divarlarını rahatladır və natriumun bədəndən sidiklə xaric olunmasını artırır.
Bananda həmçinin C vitamini və katexinlər kimi antioksidantlar mövcuddur. Bu maddələr damarların daxili qatının fəaliyyətini yaxşılaşdırır və nəticədə təzyiqin aşağı düşməsinə təkan verir.
Nə qədər banan yemək olar?
Banandan təzyiqi azaltmaq üçün istifadə edərkən əsas qayda ölçülülükdür. Çox miqdarda banan yemək artıq kalori qəbuluna gətirib çıxara və faydanı azalda bilər.
Mütəxəssislər gündə 1–2 orta ölçülü banandan çox yeməməyi tövsiyə edir. Bu miqdar orqanizmə kifayət qədər kalium, lif və digər vacib qida maddələri verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 Noyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















