Icma.az
close
up
RU
Gündəlik olaraq DİNLƏNİLİRİK?

Gündəlik olaraq DİNLƏNİLİRİK?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Gündəlik söhbətlərdən sonra həmin mövzu ilə bağlı reklamların smartfonlarda görünməsi bir çox istifadəçidə eyni sualı yaradır: “Telefonlarımız bizi dinləyir?”

Bakıvaxtı.az xəbər verir ki, smartfonların istifadəçilərin gündəlik söhbətlərini gizli şəkildə dinləyərək reklamları buna uyğun göstərməsi ilə bağlı geniş yayılmış təsəvvür doğru deyil.

Lakin tətbiqlərin topladığı məlumatlar və istifadəçiyə verdiyimiz icazələr şəxsi məlumatların qorunması baxımından ciddi əhəmiyyət daşıyır.

Mütəxəssislər xüsusilə yeni tətbiq quraşdırarkən onun hansı məlumatlara və funksiyalara giriş tələb etdiyinə diqqət yetirməyi tövsiyə edir.

Bildirilir ki, istifadəçilər tətbiqləri quraşdırdıqdan sonra onların mikrofon, kamera və digər funksiyalara giriş icazələrini nəzarətdə saxlamalıdırlar.

Belə ki, telefonun səs parametrlərini yoxlamaq və mikrofon icazəsini yalnız həqiqətən ehtiyac olan tətbiqlər üçün aktiv saxlamaq vacibdir.

Mütəxəssislər sosial media platformalarında fərdiləşdirilmiş reklam sistemlərinin də istifadəçi davranışları əsasında işlədiyini qeyd edir. Bu funksiyaların məhdudlaşdırılması istifadəçiyə təqdim olunan fərdiləşdirilmiş reklamların və məlumatların azalmasına səbəb ola bilər.

İstifadəçilərin “telefon məni dinləyir” təəssüratı çox vaxt reklam sistemlərinin topladığı müxtəlif məlumatların nəticəsi ola bilər.

Axtarış tarixçəsi, baxılan videolar, ziyarət edilən saytlar, tətbiqlərdəki fəaliyyət, yerləşmə məlumatları və onlayn davranışlar reklam sistemlərinin istifadəçi haqqında müəyyən profil formalaşdırmasına imkan verə bilər.

Bu səbəbdən istifadəçi müəyyən bir məhsul və ya mövzu haqqında danışdıqdan sonra həmin mövzu ilə bağlı reklam görməsini telefonun onu dinləməsi kimi qəbul edə bilər.

Mütəxəssislər istifadəçilərə tətbiqlərin icazələrini mütəmadi yoxlamağı, ehtiyac olmayan mikrofon və kamera girişlərini bağlamağı və tətbiqləri yalnız etibarlı mənbələrdən yükləməyi məsləhət görürlər.

Bundan başqa, sosial media platformalarında fərdiləşdirilmiş reklam və məlumat toplama ilə bağlı məxfilik parametrlərini nəzərdən keçirmək də şəxsi məlumatların qorunmasına kömək edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Avqust 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri