Icma.az
close
up
RU
Gündəmdə əsas məsələ: Regional təhlükəsizlik

Gündəmdə əsas məsələ: Regional təhlükəsizlik

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İordaniyanın paytaxtı Əmman şəhərində İraq, İordaniya, Livan, Suriya və Türkiyənin xarici işlər, müdafiə nazirliklərinin, Baş Qərargah və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşü keçirilib. Danışıqlarda təhlükəsizlik məsələləri, terrorizm, silah və narkotik qaçaqmalçılığına qarşı mübarizə, Suriyadakı vəziyyət müzakirə olunub.

Görüşün yekununda tərəflər Suriyanın ərazi bütövlüyü və suverenliyini təmin etməklə yanaşı, ölkənin yenidən qurulmasına dəstək göstərmək barədə razılığa gəliblər. Eyni zamanda, təhlükəsizliyin təmin edilməsi, ekstremist qruplara qarşı birgə mübarizə və Suriya hökumətinin vəziyyətin sabitləşdirilməsinə yönəlmiş tədbirlərinin dəstəklənməsi sahəsində əməkdaşlığın gücləndirilməsi qərara alınıb.

Əsas qərarlardan biri birgə əməliyyat mərkəzinin yaradılması olub. Mərkəzin yaradılmasında Türkiyə, Suriya, İordaniya, İraq və Livan iştirak edəcək. Mərkəz məlumat mübadiləsi və terror təhlükəsinə qarşı əməliyyatların planlaşdırılması, habelə yaraqlıların saxlanma yerləri ilə bağlı məsələlərə baxılması ilə məşğul olacaq.

Digər mövzu Suriyanın iqtisadi bərpası ilə bağlı olub. Sanksiyaların aradan qaldırılması, bərpanın ilkin mərhələləri üçün beynəlxalq dəstəyin təmin edilməsi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, tərəflər suriyalı qaçqınların təhlükəsiz və dayanıqlı şəkildə geri qayıtmaları üçün şərait yaratmaq məqsədilə birgə işləmək barədə razılığa gəliblər. Eyni zamanda, bu proses başa çatana qədər ev sahibliyi edən ölkələrə beynəlxalq dəstəyin vacibliyi vurğulanıb.

* * *

İclasda diqqətçəkən əsas məsələ regional təhlükə olan İŞİD-ə qarşı vahid mübarizə mexanizminin yaradılması ilə bağlı olub. Mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidanın söylədiyi kimi, region ölkələri olaraq, xüsusilə də İŞİD-ə qarşı mübarizədə tam qərarlıyıq: “Uzun müddətdir ki, İŞİD-ə qarşı mübarizəmizi böyük bir əzmlə davam etdiririk. Lakin İŞİD təkcə bir ölkəyə deyil, regionun bir çox dövlətinə zərər vurduğundan təkbaşına mübarizə aparmaq çətindir. Bu terror təhlükəsini aradan qaldırmaq, güclü platforma qurmaq üçün ilk addımı atdıq və bunun başlanğıcı ortaq əməliyyat mərkəzinin yaradılması olacaq”.

Hakan Fidan İŞİD kimi terror təşkilatı olan PKK-ya qarşı da birgə mübarizənin vacibliyini qeyd edib: “İŞİD ərəbləri təmsil etmədiyi kimi, PKK da kürdləri təmsil etmir. Bu ayrı-seçkiliyi çox aydın şəkildə ortaya qoymalıyıq. İkincisi, PKK hazırda Türkiyədə bir kvadratmetr ərazini belə nəzarətdə saxlamır və işğal etmir. Lakin bunun müqabilində Suriyanın üçüncü resurslarını ələ keçirib. İraqda 700 kəndi, İraq Kürdüstanı, Sincarı və bəzi yerləri də işğal edib. Bu, təkcə Türkiyənin deyil, regional problemdir. İŞİD-i hədəf almaq üçün istifadə etdiyimiz eyni metodologiya, anlayış və yanaşmanı PKK-ya da tətbiq etmək lazımdır”.

Göründüyü kimi, İordaniyada keçirilən tədbir beynəlxalq və regional təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bu təkcə Türkiyə üçün deyil, ona qonşu olan ölkələr üçün də əhəmiyyətlidir. Çünki həmin ölkələrdə ekstremist və terror fəaliyyəti ilə məşğul olan qüvvələr kök salıblar. Bu qüvvələr həmin dövlətlərlə yanaşı, qonşu ölkələrə də bir təhdiddir. İnkişafın, tərəqqinin, demokratiyanın qarşısını alır, xaosa səbəb olurlar. Digər bir əsas məsələ isə həmin terror təşkilatlarının üçüncü qüvvələrin təhriki ilə hərəkət etməsidir.

Yəni görünən budur ki, Türkiyə bu irticaçı qüvvələrə qarşı mübarizə aparmaqla onların regionda varlığına son qoymaq istəyir. Tək mübarizə aparmaq çətindir, maliyyə, ordu, silah-sursat, təhlükəsizlik və sair məsələləri də qeyd etsək, bu bir qədər də zaman aparır. Amma vahid mövqe olduqda isə məqsədə daha tez nail olursan.

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu XQ-yə bildirdi ki, Türkiyənin hazırda Yaxın Şərq bölgəsində iki əsas təhlükəsizlik məqsədi var: “Birincisi, PKK və ona bağlı PYD, YPG kimi terrorçu təşkilatların tərksilah olunmasıdır. Əgər bu baş verərsə, 50 illik problemə son veriləcək. Çünki keçən əsrin 70-ci illərində qurulan bu terror təşkilatı 1984-cü ildən Türkiyə diplomatlarına qarşı terror törətməyə başlamışdı. Hazırda, bu, mümkün deyil, çünki onların əksəriyyəti zərərsizləşdirilib, məhv ediliblər. Amma təhlükə Suriyada və İraqda var. İran həmin qüvvələrə dəstək verir. Və artıq bu problem həll olunmalıdır”.

E.Şahinoğlu onu da əlavə etdi ki, digər terror təşkilatı İŞİD Türkiyəyə müəyyən problemlər yaradır: “İraqda və Suriyada onun aktiv ocaqları var. Türkiyə iki istiqamətdə fəaliyyətini aktivləşdirir, İŞİD-ə qarşı mübarizə üçün region ölkələri ilə birlikdə vahid koalisiya formalaşdırır. Çünki İŞİD tək Türkiyə üçün deyil, İraq, Suriya, İordaniya, Livan üçün də təhlükə mənbəyidir. Deməli, Türkiyə PKK, YPG, PYD ilə mübarizədə Suriya, İraq mərkəzi hökumət qüvvələrinin dəstəyini alaraq, bu məsələni sürətləndirəcəksə, İŞİD-ə qarşı daha geniş birlik quracaq. Bu iki məsələni yaxın müddətə həll edə bilsə, Türkiyənin bölgədəki gücü daha da artacaq”.

Ümumiyyətlə, Suriyadakı son hadisələr göstərir ki, bu ölkədə sabitliyi pozmaq istəyən qüvvələr var. Bu hücum Əsəd rejimindən qalan və onu diriltməyə çalışan qüvvələrin hərəkətlərinin nəticəsidir. Gələcəkdə dini və etnik zəmində yeni təxribatlar, terror hadisələri gözlənilə bilər. Ona görə də region ölkələri təhlükə mənbəyini vaxtında aradan qaldırmalıdır.

Azər MUSTAFAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri