Gündüz İsmayılov: Türkiyənin diyanət işləri rəhbəri ilk rəsmi səfərində Azərbaycana gəlib
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AzVision.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumu çərçivəsində jurnalistlərlə müsahibəsində dilə gətirib. O bildirib ki, Türkiyənin Dəyanət İşləri Rəhbəri Safi Arpaquş özünün ilk rəsmi səfərində forumla əlaqədar məhz Azərbaycana gəlib:
"Bu forum başqa ölkələrdə keçirilən din xadimləri forumlarından fərqlənir. Burada yalnız müəyyən dini konfessiyanın nümayəndələri yox, Azərbaycanda fəaliyyət göstərən bütün dini qurumların xadimləri iştirak edirlər. Forumda Qafqaz Müsəlmanları İdarəsi, islam dini icmaları, müxtəlif xristian icmaları, o cümlədən Rus və Gürcü Pravoslav Kilsələri, lüteran və digər protestant icmaları təmsil olunublar. Azərbaycanın yəhudi icmaları, Baha və Krişna şüuru dini icmaları və digər kiçik icmalar da forumda iştirak edirlər".
Gündüz İsmayılov vurğulayıb ki, forumda ölkənin bütün bölgələri təmsil olunur:
"Müzakirə mövzuları arasında panellərdə dövlət-din münasibətləri, dini təhsil, multikulturalizm və tolerantlıq, qadın hüquqları kimi aktual məsələlər var. Panel iştirakçıları arasında dövlət məmurları, millət vəkilləri, islam və qeyri-islam dini konfessiyalarının nümayəndələri, eləcə də xarici qonaqlar var".
Sədr müavininin verdiyi məlumata əsasən, 2025-ci il ölkəmizdə suverenliyin və ərazi bütövlüyünün 5-ci ildönümünə, həmçinin Konstitusiyamızın qəbul edilməsinin 30 illiyinə həsr olunub:
"Forum çərçivəsində bu mövzulara da toxunulur".
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Gündüz İsmayılov “Fərqliliyin rəngi” festivalında çıxış etdi
05 Noyabr 2025 11:35
“Məqsədimiz dinlərarası tolerantlığı təşviq etməkdir” Gündüz İsmayılov
05 Noyabr 2025 11:46
Roma Papası Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşdü
27 Noyabr 2025 20:15
“Etibarlı dini mənbənin ünvanı məktəblər olmalıdır” Gündüz İsmayılov
15 Dekabr 2025 11:10
“Müəllimlə din xadiminin dinə yanaşması fərqlidir” Gündüz İsmayılov
15 Dekabr 2025 11:10
Baxış sayı:110
Bu xəbər 24 Dekabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları