Gündüz yuxusu neçə dəqiqə olmalıdır? Həkimdən AÇIQLAMA
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Gündüz yuxusunun optimal davametmə müddəti 10-20 dəqiqədir".
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya "RİA Novosti"yə açıqlamasında danışıb.
Onun sözlərinə görə, bu müddət istirahət və gücün bərpası üçün kifayətdir. Daha uzunmüddətli gündüz yuxusu isə əks təsir göstərə, oyandıqdan sonra süstlük və yorğunluq yarada bilər.
Həkim vurğulayıb ki, gündüz yuxusunun faydalı olması üçün gecə yuxusunun da kifayət qədər olması vacibdir. O əlavə edib ki, yuxusuzluq məlumatı yadda saxlamaq qabiliyyətini ciddi şəkildə zəiflədir.
Demyanovskaya həmçinin qeyd edib ki, yuxusuzluğa səbəb ola biləcək yuxu-oyanma dövrlərinin pozulmaması üçün şəxsi gündəlik rejim nəzərə alınmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Sentyabr 2025 03:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















