Icma.az
close
up
RU
Günərzi qayğı mərkəzləri: Cəmiyyətə dəstək və sosial inkişafın vacib halqası

Günərzi qayğı mərkəzləri: Cəmiyyətə dəstək və sosial inkişafın vacib halqası

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər bir dövlətin inkişafı üçün insan hüquqlarının müdafiəsi, vətəndaşların siyasi və sosial fəallığı vacib elementlərdən biri sayılır. Müasir dünyada sosial rifah və inklüziv cəmiyyətin qurulması üçün müxtəlif dəstək mexanizmlərinin yaradılması zəruridir. Xüsusilə də, sosial həssas qrupların – yaşlı insanların, sağlamlıq imkanları məhdud şəxslərin və aztəminatlı ailələrin övladlarının cəmiyyətə inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə günərzi qayğı mərkəzləri sosial rifah sisteminin ayrılmaz hissəsi kimi çıxış edir.

Sfera.az bildirir ki, bu mərkəzlər uşaqlar üçün gündəlik qayğı və sosial fəaliyyətlərin təşkil edildiyi məkanlardır. Burada psixoloji və sosial dəstək, təhsil və inkişaf proqramları, sağlamlıq xidmətləri və digər müxtəlif xidmətlər göstərilir. Mərkəzlərin əsas məqsədi onların xidmətlərindən yararlanan insanların həyat keyfiyyətini yüksəltmək və cəmiyyətə daha aktiv şəkildə qoşulmalarını təmin etməkdir.

Bu mərkəzlər təkcə fərdlər üçün deyil, bütövlükdə cəmiyyət üçün də mühüm rol oynayır. Onların fəaliyyəti bir sıra sosial problemlərin həllinə töhfə verir. Xüsusilə işləyən valideynlər üçün uşaqlarının təhlükəsiz və faydalı mühitdə vaxt keçirməsi önəmlidir. Bu mərkəzlər valideynlərin iş fəaliyyətini rahat icra etməsinə imkan yaradır. Həssas qrupların cəmiyyətə uyğunlaşmasını asanlaşdırır və onların təcrid olunmasının qarşısını alır. Günərzi qayğı xidmətləri işləyən valideynlərin iş bazarında qalmasına kömək edir, eyni zamanda sosial müdafiə sisteminə düşən yükü azaldır.

Azərbaycanda da son illərdə sosial rifahın artırılması və həssas qrupların dəstəklənməsi istiqamətində bir sıra addımlar atılıb. Xüsusilə dövlət təşkilatlarının dəstəyi ilə günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə uşaqlar üçün müxtəlif proqramlar icra olunur.

Saytımıza açıqlamasında Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 3 daimi günərzi qayğı mərkəzi fəaliyyət göstərir:

“Həmin mərkəzlər Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron rayonu, Saray qəsəbəsi və Pirallahı rayonunda yerləşir. Mərkəzlərə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək yarımstasionar formada sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunurlar. Mərkəzlərin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların psixo-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, ailələrinin ehtiyac duyduqları sosial xidmətlərlə təmin edilməsidir. 

Həmçinin, burada valideynlərə uşaqlara qulluğun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri göstərilir, valideynlik səriştəliliyinin gücləndirilməsi yönündə təlim proqramları təşkil olunur. Bundan başqa, Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında respublikanın müxtəlif şəhər və rayonlarında mütəmadi olaraq günərzi qayğı mərkəzləri təşkil edilir”.


M.Həşimov qeyd edib ki, ötən il bu layihə çərçivəsində 30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyət göstərib.  18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin korreksiya, abilitasiya, reabilitasiya və s.  xidmətlərlə, psixoloji dəstəklə təmin edildiyi həmin mərkəzlərdə ümumilikdə 900 uşağa xidmət göstərilib.


Günərzi qayğı mərkəzləri sosial rifahın yüksəldilməsi, inklüziv cəmiyyətin formalaşdırılması və həssas qrupların sosial müdafiəsi baxımından mühüm rol oynayır. Bu mərkəzlər vasitəsilə uşaqlar və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün daha keyfiyyətli həyat təmin edilir. Azərbaycan üçün də bu sahənin inkişafı sosial siyasətin vacib istiqamətlərindən biri olmalıdır. Daha geniş əhatəli və keyfiyyətli günərzi qayğı mərkəzlərinin yaradılması sosial inklüzivliyin artırılmasına və rifahın yüksəldilməsinə böyük töhfə verə bilər.

Firuzə Əliyeva

Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Mart 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see196

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri