Icma.az
close
up
RU
Günəş enerjisi ilk dəfə Aİ də ən böyük elektrik enerjisi mənbəyinə çevrilib

Günəş enerjisi ilk dəfə Aİ də ən böyük elektrik enerjisi mənbəyinə çevrilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 iyul, AZƏRTAC

Günəş enerjisi ilk dəfə Aİ ölkələrində ən böyük elektrik enerjisi mənbəyinə çevrilib. İyun ayında bu mənbə Aİ-nin elektrik enerjisinin 22,1 faizini, nüvə stansiyaları - 21,8 faizini, külək enerjisi isə 15,8 faizini istehsal edib. İyun ayında Aİ-nin elektrik balansında kömürün payı tarixdə ən aşağı səviyyəyə - 6,1 faizə düşüb.

Günəş enerjisi nüvə və külək mənbələrini qabaqlayaraq ilk dəfə Avropa İttifaqında ən böyük elektrik enerjisi mənbəyinə çevrilib, - deyə “Reuters” agentliyi “Ember” analitik mərkəzinin məlumatlarına əsasən bildirir.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, iyun ayında rekord günəş aktivliyi və günəş elektrik stansiyalarının davamlı quraşdırılması sayəsində günəş panelləri cəmi 45,4 teravatt-saat (TV.s) elektrik enerjisi istehsal edib. Ən azından Aİ-nin 13 ölkəsi, o cümlədən Almaniya, İspaniya və Niderlandda günəş enerjisi istehsalının ən yüksək aylıq həcmi qeydə alınıb.

İyun ayında Aİ-nin kömürlə işləyən elektrik enerjisinin demək olar ki, 80 faizini birlikdə istehsal edən Almaniya və Polşa rekord dərəcədə aşağı aylıq hasilat əldə ediblər. Kömür Almaniyanın elektrik enerjisi istehsalının 12,4 faizini, Polşada isə 42,9 faizini təşkil edib.

İyun ayında rekord günəş və külək enerjisi istehsalına baxmayaraq, 2025-ci ilin birinci yarısında Aİ-nin qazıntı yanacaq istehlakı illik müqayisədə 13 faiz artıb. Bu, ilin əvvəlində zəif su və külək enerji hasilatını kompensasiya etmək üçün qazla işləyən elektrik enerjisi istehsalında 19 faizlik artımla bağlıdır.

“Günəş enerjisi, ona ən çox ehtiyac duyulduqda, məhz yay isti dalğaları və pik tələbat zamanı artır”, - deyə “Ember”in enerji üzrə analitiki Kris Rosslou qeyd edib. Avropa enerji şəbəkəsi üçün növbəti məsələ - günəşli olmayan saatlarda qazıntı yanacaqdan asılılığı azaltmaq üçün akkumulyator batareyalarında enerjini saxlama imkanlarını genişləndirməkdir, - deyə “Ember” analitikləri qeyd ediblər.

Azərbaycanda günəş elektrik stansiyaları fəal inkişaf edir. Onlardan ən böyüyü olan Qaradağ günəş elektrik stansiyası Ələt kəndi yaxınlığında yerləşir. O, 230 MVt gücündədir və 110 minə yaxın evi elektrik enerjisi ilə təmin edir. Bir sıra rayonlarda da günəş elektrik stansiyaları tikilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri