Qozu isladırlar ki, çəkisi artsın Eyyub Hüseynovdan AQTA ya çağırış
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Noyabr ayında bazarlarda yaş qoz adı ilə məhsulun satışının davam etməsi istehlakçılar arasında narahatlıq yaradır. Mövsümü çoxdan başa çatan bu məhsulun hansı şəraitdə saxlanıldığı, satışa qədər necə qorunduğu və təbii keyfiyyətini saxlayıb-saxlamadığı isə ciddi suallar doğurur.
Bəs mövsümündən kənar dövrdə satılan qozun isladılaraq çəkisinin artırılması ehtimalı varmı və belə məhsullar istehlakçılar üçün nə dərəcədə təhlükəsizdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ümumiyyətlə, yaş qoz anlayışı deyə bir şey yoxdur:
"Belə bir qida məhsulu mövcud deyil. Təzə qoz, yeni yetişmiş qoz var, amma yaş qoz anlayışı yoxdur. Qozu isladırlar ki, çəkisi artsın və daha çox qazanc əldə etsinlər. Təəssüf ki, heç bir dövlət qurumu da bu məsələyə münasibət bildirmir. Ötən illərdə bu vaxt artıq qoz yığımı başa çatmışdı, indi isə satış davam edir. Bu da o deməkdir ki, Azərbaycanda belə bir hal artıq geniş yayılıb. Lakin məhsulun mənşəyinin haradan olduğu, hansı ölkədən gətirildiyi barədə heç bir məlumat yoxdur. Məhsullar "Meyvəli" bazarından gətirilərək satışa çıxarılır. Əhali hər gün bu məsələ ilə bağlı mənə müraciət edir. Buna görə də saytınız vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edirəm. Agentlikdən xahiş edirəm ki, məsələyə münasibət bildirsin və müvafiq araşdırma aparsın".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Noyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















