Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 12 noyabr, AZƏRTAC
“İki aktrisa üçün baş rol” əsəri əsasında hazırlanan eyniadlı yeni tamaşa iki hissədən ibarətdir. Səhnə əsərinin təxminən iki saat davam etməsi planlaşdırılır. Əsər üzərində ciddi ixtisarlar aparılıb, hadisələrin əsas xətti və ideyası qorunmaqla mətn səhnə həllinə uyğunlaşdırılıb.
Bunu AZƏRTAC-a açıqlamasında yeni səhnə əsərinin quruluşçu rejissoru və səhnə tərtibatçısı Əməkdar incəsənət xadimi Bəhram Osmanov deyib.
Rejissor diqqətə çatdırıb ki, baş qəhrəmanın intihar səhnəsi də tamaşaya daxil ediləcək.
“Əli Əmirlinin bir çox əsərləri üzərində rejissor kimi çalışmışam. “İki aktrisa üçün baş rol” əsəri əsasında hazırlanan eyniadlı yeni tamaşada dörd aktyor - Xalq artistləri Bəsti Cəfərova, Cəfər Əhmədov, Sabir Məmmədov və aktrisa Güney Əliyeva iştirak edəcək və onların hər birinə inanıram. Teatral komediya janrında yazılan əsər, daha çox gərgin dramatizmi ilə seçilir və teatr həyatından bəhs edir”,- deyə B.Osmanov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 12 Noyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















