Icma.az
close
up
RU
Günəş yanıqları. Ev şəraitində MÜALİCƏ

Günəş yanıqları. Ev şəraitində MÜALİCƏ

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq gün yanıqları özünü dərhal büruzə vermir, insanı "aldadır".

Saglamolun.az bildirir ki, yalnız çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.

Gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir ki, bu yanıqlar dəri xərçənginin riskini artırır. Bu səbəbdən çimərlikdə dincələndə özünüzü gün yanıqlarından mümkün qədər qoruyun. Bunun bir neçə sadə qaydası var:

- yalnız səhər və axşam saatlarında "zaqar" alın

- 11.00-17.00 radələrində açıq günün altında olmayın

- dərinizi günə öyrəşdirin - açıq günün altında keçirdiyiniz vaxtı tədricən artırın (əvvəl 10-15 dəqiqə, sonra yarım saat, sonra 1 saat)

- dənizdən çıxandan dərhal sonra açıq günün altında qalmayın, tentin altında dincəlin

- eynək, baş örtüyü mütləqdir.

Əgər siz çimərlikdə yanmısınızsa, ilk saatlarda ən yaxşı yardım üsulu - sərin duş və soyuq su ilə kompreslərdir. Həmçinin sürtgəcdən keçirilmiş soyuq xiyar, müalicəvi bitkilərin (çobanyastığı, kalendula, palıd qabığı) dəmləmələri (kompres şəklində), soyuq qara çayla islatmalar, tərkibində aloe vera olan vasitələr də yaxşı kömək edir.

Apteklərdə satılan ən yaxşı vasitələrdən biri tərkibində deksapantenol olan vasitələr (pantenol və s.) sayılır. Onlar iltihabı və ağrını azaldır, dərinin bərpasını tezləşdirir. Sprey şəklində olan vasitələrə üstünlük verin.

Kəskin dövr keçdikdən sonra dərinin bərpasını tezləşdirmək üçün solkoseril, çaytikanı yağı kimi vasitələrdən istifadə etmək olar. Soyulan dərini qopartmaq, skrablardan, cod hamam liflərindən istifadə etmək olmaz!

Ağrıları azaltma üçün tərkibində parasetamol və ya ibuprofen olan həb qəbul edin, çoxlu su için, geniş, sıxmayan paltar geyinin.

Dəridə qabarlar əmələ gəlib, dəri səthinin 50% və bundan artıq yanıb, üz dərisi çox yanıb, hərarət yüksəlib, ürəkbulanması, baş ağrısı varsa, mütləq həkimə müraciət edin.

Diqqət! Ciddi günəş yanıqları çox təhlükəlidir və illər keşdikdən sonra dəri xərçənginin inkişafına gətirib çıxara bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri