Icma.az
close
up
RU
Günəşin qəzəbi İlon Maskı vurur Bir ildə 3,5 dəfə artım müşahidə olunub

Günəşin qəzəbi İlon Maskı vurur Bir ildə 3,5 dəfə artım müşahidə olunub

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Günəşdə baş verən partlayışlar İlon Maskın sahibi olduğu "SpaceX" şirkətinin "Starlink" peyklərini orbitdən çıxararaq Yerə düşməsinə səbəb olur.

Qaynarinfo xəbər verir ki, "Science Alert" saytının yaydığı məlumata görə, "Starlink" peykləri ilə bağlı aparılan yeni analizlər bu problemin miqyasını üzə çıxarıb. Günəş aktivliyi 2020-2024-cü illər arasında maksimum səviyyəyə çatıb və bu dövrdə orbitdən çıxan peyklərin sayında əhəmiyyətli artım qeydə alınıb.

NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzində çalışan kosmik fizik Denni Olivyeyranın rəhbərlik etdiyi alimlər qrupu bu illər ərzində Yerə doğru enən 523 "Starlink" peykini izləyərək bu itkilərlə Günəş aktivliyi arasında birbaşa əlaqə olduğunu müəyyənləşdirib.

Tədqiqatda qeyd olunub ki, mövcud Günəş dövründəki yüksək aktivliyin "Starlink" peyklərinin orbitdən çıxmasına ciddi təsiri var. Alimlər bu vəziyyətin aşağı Yer orbitindəki peyklərin hərəkəti və sürtünmə dinamikasının öyrənilməsi baxımından həyəcanverici olduğunu bildirirlər. Hazırda həm Günəş aktivliyi, həm də orbitdəki peyk sayı insanlıq tarixində görünməmiş səviyyədədir.


Günəş dövrünün xüsusiyyətləri

Günəş dövrü - ulduzumuzun təxminən 11 il davam edən maqnit aktivliyi tsiklinə verilən addır. Bu müddətdə Günəşin maqnit qütbləri dəyişir, Günəş ləkələri, partlayışlar və tac kütlə atımları artır. Bu hərəkətlilik bir müddət sonra azalır və sonra yenidən yüksəlir.

Hazırda 25-ci Günəş dövründə olduğumuz bildirilir və bu dövr əvvəlkilərlə müqayisədə daha güclü seyr edir. Alimlərin ilkin gözləntiləri ilə müqayisədə bu dövrün daha təsirli keçməsi Yer səthində də nəticələr doğurur – atmosferin üst qatında artan hissəcik sürtünməsi həmin qatın qızmasına səbəb olur. Biz səthdə bunu hiss etməsək də, bu enerji orbitdəki cihazlara təsir edir və onların yerdəyişməsinə səbəb olur.

2024-cü ildə 316 "Starlink" peyki orbitdən çıxıb

"SpaceX" şirkəti 2019-cu ildən indiyədək 8 min 873 "Starlink" peyki buraxıb və hazırda onlardan 7 min 669-u orbitdə fəaliyyət göstərir. Bu qədər böyük say alimlərə Günəşin təsirlərini öyrənmək üçün zəngin məlumat verir.

Araşdırmalarda göstərilib ki, Günəş aktivliyi artdıqca, orbitdəki peyklərin Yerə doğru hərəkəti də intensivləşir. 2020-ci ildə orbitdən yalnız 2 peyk çıxmışdı. 2021-ci ildə bu rəqəm 78-ə, 2022-ci ildə 99-a, 2023-cü ildə 88-ə çatıb. Lakin 2024-cü ildə peyk itkiləri kəskin artaraq 316-ya yüksəlib – bu, əvvəlki ilin 3,5 qatıdır.

Təəccüblü nəticə: Zəif fırtınalar daha çox peyk itkisinə səbəb olub

Alimlər peyk itkilərini həmin dövrdə müşahidə olunan geomaqnit şəraitlə müqayisə ediblər. Nəticədə məlum olub ki, peyklərin 72 faizi zəif jeomaqnit şəraitdə orbitdən çıxıb. Güclü Günəş fırtınaları zamanı baş verən itkilər isə daha az olub, lakin bu hallarda peyklərin düşmə sürəti daha yüksək olub.

Bu da göstərir ki, Günəş dövrü ərzində sürtünmə tədricən artır və peyklər bir anda deyil, zamanla orbitlərini itirərək Yerə doğru hərəkət edirlər.

Alimlər bu nəticələr əsasında geomaqnit fırtınaları zamanı peyk hərəkətinə təsir edən sürtünmə modellərini daha da inkişaf etdirməyi planlaşdırırlar.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri