Icma.az
close
up
RU
Günəşlinin bərbad vəziyyətdə olan qəsəbə yolu Rəsmi qurumlar problemi niyə biribirinin üstünə ATIR? FOTO

Günəşlinin bərbad vəziyyətdə olan qəsəbə yolu Rəsmi qurumlar problemi niyə biribirinin üstünə ATIR? FOTO

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yollar bərbad vəziyyətdədir.
Sakinlər Bizim.Media-ya şikayətlərində bildiriblər qəsəbəiçi yollarda, səkilərdə iri dəliklər var.
Massiv V-nın yolları darmadağındır. Bu səbəbdən avtomobillər tez-tez sıradan çıxır. Əraziyə təcili yardım maşını, taksi, kuryer xidməti çağıranda gəlməkdə çətinlik çəkir. Yağışlı havalarda isə vəziyyət daha dözülməz olur. Sakinlər eyni zamanda iddia edir ki, Yeni Günəşlinin yollarına sonuncu dəfə 30 il bundan əvvəl asfalt örtük çəkilib. O vaxtdan indiyədək əsaslı təmir işi aparılmayıb.
Qəsəbə sakinlərinin söylədikləri ilə bağlı Suraxanı rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Bizim.Media-ya “Biz asfalt çəkmirik, bununla bağlı AAYDA-ya müraciət etmişik”, - deyə bildiriblər.
“Suraxanı rayonunda yolların asfaltlanmasına ehtiyac olan yaşayış məntəqələrində bu işlərin görülməsi müvafiq Dövlət Proqramlarına əsasən plana uyğun ardıcıllıqla aidiyyəti icraçı təşkilat tərəfindən yerinə yetiriləcək”.
Amma bu ardıcıllıqla asfaltlanmanın qəsəbəyə nə zaman çatacağı ilə bağlı  qurumdan heç bir məlumat verilmədi.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Bizim.Media-ya açıqlamasında ərazidə cəmi bir neçə küçənin AAYDA-nın nəzarətində olduğunu bildirdi:
“Bu qəsəbənin cəmi 4-5 küçəsinə biz xidmət göstəririk. Digərləri bizim yox, icra hakimiyyətinin balansındadır. Bizim nəzarətimizdə olan küçələrdə ciddi problem yoxdur. Massiv V də bizim balansımızda deyil”.
İcra Hakimiyyətinin “biz asfalt döşəmirik” fikrinə isə Anar Nəcəfli belə cavab verdi:
“Düzdür, icra hakimiyyətləri asfalt döşəmir. Bu, onların işi deyil. Yerli icra strukturları – bələdiyyə və icra hakimiyyətinin işi təqdimat verməkdir.  Onlar agentliyə müraciət etməli deyillər. Balanslarında olan yollarla bağlı investisiya proqramına təqdimat verməlidirlər. Həmin proqrama daxil ediləndən sonra yolların təmiri məsələsi ilə bağlı Agentliyə müraciət edilə bilər.
AAYDA -da öz balansında olan yollarla bağlı aidiyyatı üzrə müraciət edir ki, proqrama daxil edilsin. Daha İcra Hakimiyyətinin üstünə atmırıq ki, bunu siz eləməlisiniz. Çünki bunun öz qaydası var. Belə məsələlər olanda, onlar deyirlər ki, İcra Hakimiyyətinə müraciət etmişik, vəssalam. Belə demək  olarsa, məsuliyyəti öz üzərilərindən atırlar. Amma yollarla bağlı məsələ investisiya proqramına daxil edilməlidir ki, agentlik gəlib orda nəsə tədbir görsün. O proqrama salınması üçün isə yenə də deyirəm, İcra Hakimiyyəti müraciət etməlidir".

Rəna Cumaqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri