Yolları bərbad, küçələri qaranlığa qərq olan qəsəbə Qurumlar niyə biganə yanaşır? VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yaşayan sakinlər illərdir həllini tapmayan problemlərlə üz-üzə qaldıqlarını bildirirlər.
Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, ərazidə yolların vəziyyəti bərbaddır, kanalizasiya sistemi demək olar ki, işləmir, axşam saatlarında isə küçələr tamamilə qaranlığa qərq olur.
Bu amillər gündəlik həyatı xeyli çətinləşdirir və təhlükəsizliklə bağlı ciddi narahatlıq yaradır.
Sakinlərdən biri deyir ki, mövcud şərait səbəbindən ərazidə normal hərəkət etmək mümkün deyil:
"Bura gələndən rezin çəkmə ilə gəzirəm. Bizə fikir verən yoxdur. Axşamlar qaranlıq olur, oğlumu burada bıçaqlamışdılar".
Başqa bir sakin isə problemin illərdir davam etdiyini vurğulayıb:
"15 ildir bu əziyyəti çəkirik. Heç bir yerə çıxa bilmirik. Kimə müraciət ediriksə, baxan olmur. Zirzəmiyə dəfələrlə su dolub. Gəlinim nəmişlik ucbatından xəstələnib".
Daha ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 Dekabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















