Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Güney Azərbaycan gənc yazarlarının əsas çağırışları nələrdir?

Güney Azərbaycan gənc yazarlarının əsas çağırışları nələrdir?

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədəbiyyatımızın Güney tərəfi hər zaman maraqlı olub.

Məsələn, maraqlıdır, hazırda Güney Azərbaycanda ədəbi mühit necə formalaşıb?

Ümumiyyətlə, bu gün Güney Azərbaycan gənc yazarlarının əsas çağırışları nələrdir?

Bu barədə Gununsesi.info-ya Filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli danışıb:

O, deyib:

“Güneydə ədəbi mühitin formalaşması xüsusi tarixi və ictimai şərtlərlə bağlıdır. Burada gənclərin çağırışları da təsadüfi deyil – onlar ana dilində yazmaq, öz mədəni kimliyini ifadə etmək, ədəbiyyat vasitəsilə milli varlığını yaşatmaq istəyirlər. Xüsusilə inqilabdan sonra ədəbi mühitin rəngarəng şəkildə formalaşmağa başladığını görürük. Çünki ana dilinin sıxışdırıldığı, dil və mədəniyyət baryerlərinin qoyulduğu bir ölkədə ədəbiyyat həm müqavimət, həm də ifadə vasitəsinə çevrilirdi. Bütün bu məhdudiyyətlərə baxmayaraq, Cənubda ədəbiyyat yaranıb, yazılıb, ana dilinin qorunmasına xidmət edib. Bu gün isə daha da inkişaf edərək çiçəklənməkdədir. Ədəbi mühitin tarixi inkişaf yoluna nəzər saldıqda görürük ki, son 40–50 ildə bu proses bir qədər sistemli şəkil alıb. Amma burada formalaşmış ədəbiyyatın özünəməxsus çətinlikləri olub. Təsəvvür edin ki, bir şair və ya yazıçı haqqında sadə bioqrafik məlumat – doğum tarixi, əsərlərinin adı, hətta əsil soyadını belə bəzən axtarıb tapmaq müşgül məsələyə çevrilir. Çünki bir çox yazarlar məcbur olub öz adlarını gizlədirdilər, əsərlərini gizli, qaçaq şəkildə yayırdılar. Elə hallar olurdu ki, kitablar da məxfi yerdə saxlanır, illərlə gizlədilirdi. Mənim öz təcrübəmdə də olub ki, sənətkarlar haqda bilgi toplayıb tədqiqata cəlb etmək istəyəndə yeganə mənbə onun son mənzilə yola salınan zaman söylənən vida sözləri, dostlarının xatirələri və mətbuatda çıxmış kiçik nekroloqlar olub. Sonralar isə ayrı-ayrı qələm adamları – istər dostu, istər uzaqdan tanıyıb sevdiyi şəxs olsun(içi mən qarışıq) – həmin yaradıcı haqqında məqalələr, xatirələr yazaraq ədəbi mühitə yeni faktlar gətiriblər. Məhz belə yazılar sayəsində o insanın şəxsiyyəti və yaradıcılığı tanıdılıb, ədəbi irsin bir parçasına çevrilib”.

Pərvanə Məmmədli həmçinin qeyd edib:

“Cənubda ədəbi mühit yalnız əsərlərin yazılması ilə deyil, həm də bu əsərləri qorumaq, onları yaşatmaq uğrunda aparılan mübarizə ilə formalaşıb. Ədəbi mühit – həm gizli saxlanılan kitabların, həm də həmin kitabların üzə çıxmasına çalışan insanların birgə yaratdığı mənəvi mühitdir. Yaradıcı gənclər və onların çağırışlarından danışarkən, bu gün Cənubda fəaliyyət göstərən gənc ədiblərin çoxsaylı maneələrlə üzləşdiyini görürük. Onların bir neçə dili bilməsi – yəni ana dilindən əlavə fars və ingilis dillərinə bələdliyi – yaradıcılıqlarında mühüm rol oynayır. Çünki bu, həm onların dünyagörüşünü genişləndirir, həm də ədəbi çevrələrə çıxışlarını asanlaşdırır. İrandakı tərcümə ənənəsi də bizimlə müqayisədə çox gəlişib. Ölkə demokratik və açıq bir sistemə malik olmasa da, Avropa ədəbiyyatı çox tez farscaya tərcümə olunur. Bu da gənc yazarların müxtəlif ədəbi təcrübələrdən bəhrələnməsinə şərait yaradır. Bundan əlavə, onların Türkiyə ilə ədəbi əlaqələri də güclüdür: Türkiyədə çıxan kitablar qısa müddətdə əlçatan olur, gənclər arasında yayılır və oxunur. Beləcə, həm fars dili vasitəsilə, həm də türk ədəbi mühitinə birbaşa çıxış imkanları qazanırlar”.

Fəlsəfə doktoru Pərvanə Məmmədli son olaraq bildirib:

“Əvvəlcə gənc yazarlar məşhur yaradıcıların təsiri altında formalaşırlar, onların kitablarını oxuyaraq əsərləri təqlid edir, ədəbi yol axtarışına çıxırlar. Bu, yazıçılıq yolunda təbii bir mərhələdir. Ancaq sonralar onların çoxu öz üslublarını tapmağa nail olur və fərdi yaradıcılıq xəttini müəyyənləşdirir. Ən çox təqlid olunan yazarlar siyahısına Cəmal Sürəyya, İlhan Berk, Kafka, Cems Coys və başqalarıdır. Lakin burada mühüm bir məqamı unutmamaq lazımdır: İran qeyri-demokratik bir ölkədir və dilə, milli kimliyə daim təzyiqlər göstərilir. Bu təzyiqlər gənc yaradıcıların əsərlərində mövzu seçimini də müəyyənləşdirir. Onlar öz kimliklərini təsdiq etmək üçün daha çox dil, milli varlıq, mənsubiyyət mövzularına müraciət edirlər. Bununla yanaşı, sevgi, ölüm və başqa ümumbəşəri mövzular da yaradıcılıqlarında mühüm yer tutur. Beləliklə, Cənubda gənc yazıçıların formalaşması həm çoxdilli mədəni mühitin, həm də milli kimlik uğrunda mübarizənin bir nəticəsi kimi meydana çıxır. Onların yaradıcılığı həm daxili təzyiqlərin, həm də geniş ədəbi üfüqlərin təsiri altında gəlişir”.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Avqust 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri