Icma.az
close
up
RU
Güney Azərbaycan niyə İranın boğazında qaldı?

Güney Azərbaycan niyə İranın boğazında qaldı?

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İran Azərbaycana qarşı münasibətləri növbəti mərhələyə daşıyaraq, faktiki olaraq ölkəmizə informasiya müharibəsi elan edib. Bu gedişat göstərir ki, İranın Azərbaycanla bağlı müəyyən planları var. Bu niyyətləri pərdələmək üçünsə "Cənubi Azərbaycan" anlayışından bəhanə kimi istifadə edir.İ ran tərəfi AzTV-ni və digər kanallarımızı efirdə "Güney Azərbaycan" ifadəsinin işlədilməsinə görə ittiham edir. Halbuki Azərbaycan heç bir halda İranın ərazi bütövlüyünə hörmətsizlik etmir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, Azərbaycanın Güney Azərbaycan haqqında danışması onun konstitusiya hüququdur; dünyadakı bütün azərbaycanlıların hüquq və azadlıqları qorunmalı, onların milli kimliyinin inkişafına dəstək verilməlidir:

“Buna baxmayaraq, Azərbaycan İranın suverenliyinə hər zaman hörmətlə yanaşıb. Lakin unutmaq olmaz ki, İran Qarabağ müharibəsi dönəmində Ermənistana açıq dəstək verdi, torpaqlarımızın işğal olunmasında, ata-baba yurdlarımızın darmadağın edilməsində dolayısı ilə iştirak etdi. İllər öncə Qarabağdan məcburi köçkün düşmüş soydaşlarımızın düşərgələrinə "humanitar yardım" adı altında gələrək şiəlik təbliğatı apardılar, insanların ağır vəziyyətindən istifadə edib onları dini ideologiya ilə zəhərləməyə çalışdılar”.

Politoloqun sözlərinə görə, bu gün isə İran ABŞ və İsrail ilə yaşadığı gərginlik fonunda münaqişənin miqyasını böyütməyə çalışır:

“Bölgədə müharibəyə cəlb edilməmiş ölkə qalmasın prinsipi ilə xaos yaratmaq, bununla da Vaşinqton və Təl-Əvivə təzyiq göstərmək niyyətindədir. Azərbaycan İranın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, Tehran rejiminin nümayəndələri ölkəmizə "Aran Respublikası" və ya "Bakı Cümhuriyyəti" deyə müraciət edirlər. İran millət vəkilləri və SEPAH-a bağlı şəbəkələr Azərbaycanın suverenliyinə açıq hörmətsizlik nümayiş etdirirlər. "Bakı Cümhuriyyəti" ifadəsini işlətmək Azərbaycanın digər torpaqlarını tanımamaq deməkdir. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da İran beynəlxalq müstəvidə "bu ad bizimdir" deyərək kampaniya aparırdı. Amma unudurlar ki, son min ildə İran adlanan coğrafiyanı məhz Azərbaycan sülalələri — Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar idarə edib.İran Azərbaycan Respublikasını rusların, ateistlərin və ya sionistlərin yaratdığı "süni dövlət" kimi qələmə verməyə çalışır. Lakin İranın özünün nə qədər süni bir yapıya malik olduğu onun etnik tərkibində, dövlətçilik modelində və yürütdüyü siyasətdə aydın görünür”.

Ə.Əlibəyli deyib ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq — istər İranda, istər İsraildə, istərsə də Ermənistanda — bütün soydaşlarının hüquqlarını müdafiə etmək məcburiyyətindədir:

“İran Azərbaycanı ittiham etməzdən əvvəl öz tarixinə baxmalıdır; o tarixdə azərbaycanlıların silinməz möhürü var.Bu gün Azərbaycan ədəbiyyatında Güney Azərbaycan mövzusu qırmızı xətdir. Biz tariximizdən Bəxtiyar Vahabzadəni, Səməd Behrəngini, Məhəmmədhüseyn Şəhriyarı, Məmməd Arazı, yoxsa " İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha." deyən Söhrab Tahirimi silməliyik? Bu cür yanaşmanın da bir həddi olmalıdır. Azərbaycanı hədəf almaqda İranın ana geosiyasi məqsədi sıxışdırılıb çıxarıldığı Qafqaza yenidən qayıtmaqdır. Xəzər dənizini hərbi risk zonasına çevirdikləri kimi, münaqişəni Cənubi Qafqaza da sıçratmaq, Azərbaycana ideoloji, dini və mənəvi basqı etmək istəyirlər. Lakin unudurlar ki, Azərbaycan Respublikası strateji mövqeyi, müstəqil xarici siyasəti və son hərbi-siyasi qələbələri ilə bölgənin ən güclü aktyorudur. İranın bu təxribatçı siyasəti ən çox onun özü üçün təhlükəlidir. Çünki İranda yaşayan milyonlarla azərbaycanlı — Güney Azərbaycan faktoru — Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyir və müdafiə edir”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 İyul 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri