Güney Azərbaycanlı kürdəsilli gənc edam edildi... FOTO
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
İranda 2022-ci il etirazlarının daha bir iştirakçısı edam edilib.
Bu gün İranda “Qadın, Həyat, Azadlıq” etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə dar ağacından asılıb.
Moderator.az yerli telegram-kanallara istinadla xəbər verir ki, 28 yaşlı, bir sıra mənbələrə görə, kürd əsilli Mehrab Abdullazadə Urmiya şəhərinin(Güney Azərbaycan- rəsmən Qərbi Azərbaycan ostanı) sakini olub və 2022-ci il oktyabrın 30-da Məhsa Əmininin ölümündən sonra ölkə boyu başlayan kütləvi etirazlar fonunda həbs edilib.
İslam Respublikasının Məhkəmə-Ədliyyə Sistemi Abdullazadəni “ölkədə iğtişaşlar yaratmaq”da təqsirli bilib. İstintaq orqanları onun Urmiyada hökumətyönlü könüllü qrupun üzvü Abbas Fatemiyyənin ölümü ilə bağlı hadisədə iştirak etdiyini iddia ediblər.
Bir gün əvvəl insan haqları fəalları Abdullazadənin təkadamlıq kameraya köçürüldüyünü və həbsxanadan naməlum istiqamətə aparıldığını bildirmişdilər.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:385
Bu xəbər 03 May 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















