Icma.az
close
up
RU
Güney Qafqaz tarixi xəritələrdə. I yazı: 1858ci il.

Güney Qafqaz tarixi xəritələrdə. I yazı: 1858ci il.

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az Rusiya İmperiyasının, eləcə də SSRİ dövrünün müxtəlif vaxtlara aid xəritə və atlaslarını oxucularına təqdim edəcək. Bunlar müxtəlif təyinatlı xəritələr olacaqlar (hərbi, topoqrafik, fiziki, inzibati). Amma bizə lazım olan məqsəd – toponimlərin necə dəyişməsini izləmək üçün hamısı yarayır.
Güney Qafqazın Rusiya İmperiyasına birləşdirlməsindən sonra dərc olunan ilk xəritələrdən biri 1858-ci ilə aid “Qafqaz diyarının baş xəritəsi”dir. Xəritəni “Hərbi məcmuə” (“Военный сборник”) aylıq jurnalı nəşr edib. 1858-1917-ci illərdə çıxan bu jurnal Rusiya İmperiyasının Hərbi Nazirliyinin rəsmi orqanı idi. İmperator II Aleksandr özü də jurnalı oxuyur və bəyənirdi.

Hərbi jurnalın ilk dərc etdiyi xəritələrdən birinin Qafqaza həsr olunması təsadüfi deyil. Rusiya İmperiyasının yenicə özünə birləşdirdiyi regionun müfəssəl xəritəsinə ehtiyac vardı.

Göründüyü kimi, Güney Qafqazın (Zaqafqaziya) qərbi 3 quberniyanın arasında bölünüb: Şamaxı, Tiflis və İrəvan quberniyaları. Onların inzibati sərhədləri qalın tünd-yaşıl xətlə göstərilib (Şamaxı quberniyasının ortasından axam Kür çayını sərhəd xəttilə qarışdırmayın). Hazırda “Qarabağ” kimi tanınan ərazi indiki Ermənistanın cənub-şərqi ilə birlikdə (yəni Zəngəzur mahalı olaraq) Şamaxı quberniyasının tərkibindədir. Orada Ermənilərə aid hansısa inzibati izdən söhbət də gedə bilməz.

Bir qədər də yaxından baxanda bölgənin iri mərkəz şəhəri kimi Şuşanı və onu Gəncə (Yelizavetpol) ilə birləşdirən yolu görürük. Şuşanın yanında daha kiçik yaşayış məntəqəsinin adı qeyd olunub: “Ханъ-кенды”. Azca yuxarıda isə “Ходжалинская”.

Bir də xatırladaq ki, bu xəritə 1858-ci ildə Rusiyanın Hərbi Nazirliyinin jurnalı tərəfindən dərc olunub. Əgər Qarabağdakı Rusiya Sülhməramlı Missiyası həqiqətən də “toponimlərə hörmət edirsə” (Volkov) “Stepanakert” sözündən birdəfəlik imtina edib, oranın adını əslində olduğu kimi “Xankəndi” yazmalıdırlar. Necə ki, 1858-ci ildə sələfləri yazıblar... Bu, həm də öz babalarına hörmət olardı.
İndiki Ermənistan ərazisinə nəzərə salanda isə aradan keçən müddətdə toponimlərin başına hansı oyunun gətirildiyini daha yaxşı görmək olur. Göyçə gölünün adı əvvəlcə Azərbaycan versiyasında yazılıb. Alagöz dağı ancaq Azərbaycan variantında verilib.
"Alagöz" dağı
Bu, hazırkı Ermənistan ərazisində ən hündür zirvədir (4095 metr). Ermənilər ona “Araqaç” deyir və aparıb Urartu çarı Argiştiyə bağlayırlar. Halbuki, 160 il əvvəl dağın bircə adı var idi, o da Azərbaycan dilində (Üstəlik, necə də gözəl addır: “Alagöz”).

Göyçə gölünün yanındakı “Yeni Bəyazid” adlı yaşayış məntəqəsi dərhal diqqəti çəkir. Xəritənin işarələnmə sistemindən onun həmin dövr üçün kifayət qədər iri yaşayış məntəqəsi olduğu aydınlaşır. Hazırda Ermənistan ərazisində həmin yerdə heç bir yaşayış məntəqəsi yoxdur. İndi həmin ərazinin yaxınlığında Kəvər (“Gavar”) kiçik şəhəri var (sovet vaxtı “Kamo” adlanırdı).
1858-ci ilə aid xəritədə İrəvanın bütün ətrafı Azərbaycan-türk toponimləri ilə doludur. Onlar saymaqla qurtarmaz: Uluxanlı, Kəmərli, Qarabulaq, Sərdarabad, Gözəldərə, Bulaqbaşı... Hamısı da xəritədə açıq-aydın görünür!
Mövzu ilə daha dərindən maraqlananlar və xəritəni müstəqil şəkildə araşdırmaq istəyənlər onun böyük şəklini (10499*8642, 142 mb) əldə etmək üçün redaksiya ilə əlaqə saxlaya bilərlər.
Növbəti materialda sizi daha bir maraqlı tarixi xəritə ilə tanış edəcəyik.
Vüsal Məmmədov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri