Güneyli rejissorun filmi Kann festivalının ən yaxşısı seçildi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
78-ci Kann Film Festivalının əsas müsabiqəsində ən yaxşı bədii film iranlı azərbaycanəsilli rejissor Cəfər Pənahinin “Bir sadə qəza” (Yek tasadef sadeh) filmi seçilib.
Kult.az xəbər verir ki, bu, iranlı rejissorun Kann Film Festivalında qazandığı ilk mükafat deyil.
Hələ 1995-ci ildə "Ağ top" (Badkonake sefid, 1995) filmi ilə "ən yaxşı debüt" üçün "Qızıl kamera" mükafatına layiq görülüb. 2018-ci ildə münsiflər heyəti onun “Üç üz” (Se rokh, 2018) filmini ən yaxşı ssenariyə görə, 2022-ci ildə isə “Ayısız” (Khers nist, 2022) dramına görə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Qeyd edək ki, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib. Film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.
Baxış sayı:52
Bu xəbər 25 May 2025 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















