Icma.az
close
up
RU
Günlük xərcləri necə səmərəli bölmək olar?

Günlük xərcləri necə səmərəli bölmək olar?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Gəlirlərin xərcləri qarşılamadığı indiki dövrdə ailə büdcəsini idarə etmək üçün iqtisadçılar ən səmərəli modeli açıqlayıblar. Mütəxəssislər "50/30/20" düsturunun tətbiqi ilə həm cari ehtiyacları qarşılamağın, həm də gələcək üçün pul toplamağın mümkün olduğunu bildirirlər.
Bu sistemə görə aylıq gəlirin tam yarısı mütləq xərclərə ayrılmalıdır. Qida, kirayə və kommunal ödənişlər kimi təxirəsalınmaz xərclər bu 50 faizlik hissəyə daxil edilir. Gəlirin 30 faizi şəxsi istəklər və əyləncə üçün nəzərdə tutulur ki, bu da insanın sosial həyatdan qopmamasını təmin edir.
Maliyyə ekspertləri ən vacib məqamın qalan 20 faiz olduğunu vurğulayırlar. Bu məbləğ birbaşa yığıma və ya varsa borcların qaytarılmasına yönəldilməlidir. Bu üsul tətbiq edildikdə pulun hara getdiyi barədə suallar yaranmır və maliyyə intizamı öz-özünə formalaşır.
Gündəlik xərcləri səmərəli bölmək üçün həmçinin emosional alış-verişdən uzaq durmaq tövsiyə olunur. Hər hansı bir əşyanı almazdan əvvəl bir gün gözləmək həmin xərcin həqiqətən vacib olub-olmadığını dəqiqləşdirməyə kömək edir. Xırda və görünməz xərclərin ay sonunda böyük boşluqlar yaratdığını nəzərə alaraq gündəlik limitlərin müəyyən edilməsi ən effektiv həll yolu sayılır.
Gündəlik limit təyin edin
Aylıq "şəxsi istəklər" büdcənizi 30 günə bölün. Həmin gündəlik limiti aşmamağa çalışın. Bir gün limitdən az xərcləsəniz, qalan məbləği növbəti günə keçirə bilərsiniz.
Emosional alış-verişdən qaçın
Bşeyi bəyəndikdə onu dərhal almayın. Ən azı 24 saat gözləmək həmin əşyanın həqiqətən ehtiyac, yoxsa keçici bir həvəs olduğunu anlamağa imkan verir.
Xırda xərclərə diqqət yetirin
Hər gün xərclənən kiçik məbləğlər ayın sonunda böyük rəqəmə çevrilir. Yolda alınan qəlyanaltılar və ya lazımsız abunəliklər büdcənin ən böyük "düşmənləridir".
Nağd və kart balansını qoruyun
İnsan nağd pul xərcləyərkən psixoloji olaraq itkini daha çox hiss edir. Əyləncə xərcləri üçün özünüzə nağd limit təyin etmək nəzarəti gücləndirir.
Bu qaydaları tətbiq edərkən əsas məqsəd özünüzü hər şeydən məhrum etmək deyil, pulun hara getdiyini görmək və maliyyə azadlığı qazanmaqdır.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri