Icma.az
close
up
RU
Günnüt zəfərini qazanan igidlərimizin səsi Qarabağdan, Şərqi Zəngəzurdan gəldi MƏQALƏ

Günnüt zəfərini qazanan igidlərimizin səsi Qarabağdan, Şərqi Zəngəzurdan gəldi MƏQALƏ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 20 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar” layihəsi çərçivəsində jurnalist Ramiyə Əkbərovanın 2018-ci ilin mayın 20-dən 27-dək davam edən və Azərbaycan Ordusunun parlaq qalibiyyəti ilə yekunlaşan Günnüt əməliyyatı barədə məqaləsini təqdim edirik.

Artıq 7 ildir ki, Naxçıvan-Sədərək magistral yolunun kənarındakı “Günnüt” yazılan lövhəyə baxanda qürur hissi keçiririk. Çünki bu lövhənin göstərdiyi istiqamətə gedən yol bizi azad Vətən torpağına aparır. Amma sadəcə bir yol deyil bu yol. Qəhrəmanlıq dastanı, şərəf, qeyrət, igidlik yoludur.

30 il bundan öncə həmin lövhəyə baxanda bunları görürdük: Ötən əsrin 90-cı illəri yaddaşımıza həm çətin, həm də birlik, qəhrəmanlıq illəri kimi yazılıb. Həmin illərdə Azərbaycan bədnam qonşularımızın hücumuna məruz qalmışdı. Muxtar respublikadakı vəziyyət isə heç də ürəkaçan deyildi. Düşmən hücumları ilə bərabər, blokadaya da alınan yurdumuzda insanlar çətin də olsa düşmən hücumlarının qarşısını mərdliklə alır, geri çəkilmirdilər. O günlərdə Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Mənfurların atdıqları mərmilər rayon mərkəzinə belə düşürdü. Sədərəkdə qanlı döyüşlər getdiyi vaxtda düşmənə əsir düşən Günnüt qəlbimizin sızlayan yarasına çevrilmişdi. O Günnüt ki, orada Asəf Rəhimov kimi oğullar son ana kimi döyüşərək, düşmənə əsir düşməmək üçün axırıncı gülləsi ilə öz canına qıymışdı. Onun da ruhu düz 26 il idi ki, həsrətlə yolumuzu gözləyirdi. Gözləri yol çəkdikcə doğma yurdun igidlərinin səbri tükənirdi. Və həmin gün – 2018-ci ilin bir yaz səhəri hamını sevinc göz yaşına boğan bir xəbər gəldi: Günnüt azaddır. Bu iki söz illərdir yollara dikilən gözləri sevincə, xoşbəxtliyə qərq etdi. Bu iki kəlmənin sədası düşməni qorxuya saldı. Elə bir qorxuya ki, bu xəbərin düzgünlüyünü təsdiq edəcək cəsarətləri olmadı. Erməni hakimiyyəti onlar üçün utancverici bu hadisəni günlərlə öz xalqından gizlətdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2021-ci ilin may ayında muxtar respublikaya səfəri zamanı Günnüt zəfəri haqqında deyib: “Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır. Yəni Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi”.

Bəli, 26 il sonra - 2018-ci il may ayında Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi. Bununla da ordumuz daha əlverişli mövqelərə sahibləndi, əməliyyat nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək “Areni” qoymuşdular) nəzarət altına keçdi. Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edildi. Bu ərazinin 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan yaratmasıdı. Strateji əhəmiyyətli Arpaçay su dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu.

Günnüt zəfəri ilə addım-addım Böyük Qələbəyə doğru gedən yola nəzər salanda gördüklərimiz qəlbimizi qürurla doldurur. Bir vaxtlar Qızılqayadan baxıb Qarabağımızın başı qarlı dağlarını görəndə, görəsən, nə vaxt o dağlara, o ellərə əbədi qayıdacağıq, Qarabağda nə vaxt toy-büsat quracağıq deyirdik. Günnüt zəfərindən cəmi 2 il sonra, 2020-ci ildən etibarən Qızılqayadan o ellərə fəxrlə baxırıq. Bu gün fəxr və qürur hissi ilə deyirik ki, Günnüt zəfərini qazanan igidlərimizin səsi Vətən müharibəsində Şuşadan, Cəbrayıldan, Zəngilandan gəldi. Həm Aprel döyüşləri, həm Günnüt zəfəri Azərbaycan əsgərinin gücünü bir daha göstərdi. Bu Qələbə yürüşümüz ərazi bütövlüyümüz bərpa olunana kimi davam etdi və şanlı bayrağımız bütöv Azərbaycanın başı üstündə dalğalanıb, “Gözün aydın, Vətən!” - dedi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1113

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see256

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see147

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see145

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see141

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see138

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see137

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see136

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see132

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see131

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see130

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see127

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see126

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see123

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri