Günün futbol qrafiki
Icma.az bildirir, Metbuat portalına istinadən.
Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki oyun keçiriləcək.
Metbuat.az xəbər verir ki, turun mərkəzi görüşü "Bank Respublika Arena" baş tutacaq.
Saat 20:00-da başlayacaq "Sabah" və "Qarabağ" kollektivlərinin duelində Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Belə ki, 76 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi bu oyunda məğlub olmayacağı təqdirdə qızıl medalları vaxtından əvvəl özü üçün təmin edəcək.
"Bayquşlar" 39 xalla beşinci sırada yer alıblar.
Günün digər matçında autsayder "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"ASCO Arena" keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.
53 xalı olan naxçıvanlılar turnir cədvəlində üçüncü sırada qərarlaşıblar. "Dənizçilər" 20 xalla sonuncu - onuncudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Aprel 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















