Icma.az
close
up
RU
Günün qoroskopu: Yaşlı qohumlar və köhnə dostlar yaxşı məsləhətlər verəcəklər

Günün qoroskopu: Yaşlı qohumlar və köhnə dostlar yaxşı məsləhətlər verəcəklər

Icma.az bildirir, Milli.az portalına istinadən.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Mühüm saydığınız işdə aktiv olun. Maraqlı və sərfəli imkanları əldən verməyin. Yaşananlara operativ reaksiya verin. Yaxşı ideyalar var, amma əlverişsiz şərait onları gerçəkləşdirməyə imkan vermir. Səbrli olun.

Günün ikinci yarısında yeni tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.

Uzaq səfərə çıxmayın. Yorulacaqsınız, nəticə də sizi razı salmayacaq. Bədxahların yaydıqları şayiələr və dedi-qodular sizə zərbə vura bilər.

Buğa - Ehtiyatlı olun. Düşünülməmiş addımlar atmayın. Ciddi fəsadlar yarada biləcək səhvlərə yol verməyin. Anlaşılmazlıq, xırda məsələyə görə münaqişə riski var. Vədlər verməyin. Vəd səsləndisə, onu mütləq yerinə yetirin.

Günün ikinci yarısında israfçılığa, uğursuz sərmayə yatırımına yol verməyin. Dövlət qurumlarının mənsubları ilə sıx təmaslar məsləhət deyil. Zəhərlənmə riski var. Bu səbəbdən də kulinar ekspertimentlər etməyin.

Səhhətinizə fikir verin.

Əkizlər - İstənilən mühüm məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqe, baxış və fikirləri sizdən fərqli insanlarla da dil tapa bilərsiniz. Prinsipial fərqlərlə bağlı məqamları nəzərdən keçirin. Təhsildə və fəaliyyət sahəsində irəliləyişə nail olmaq üçün əzmlə çalışın.

Günün ikinci yarısında intellektual potensialınız yüksək olacaq. Problemlər ciddi deyil. Tamamilə yeni işə başlamaq olar.

Şəxsi həyatda ciddi dəyişikliklər ehtimalı azdır. Alış-veriş üçün münasib zamandır.

Xərçəng - Son vaxtlar sizi ciddi şəkildə narahat edən problemlərdən birini həll edə bilərsiniz. Baş verən hadisələri fərqli səpkidə görməyi bacarın. Prioritetlər dəyişir. Yaxın ətrafınızdakı insanla münasibətlərdə müəyyən korrektələrə və düzəlişlərə ehtiyac var.

Pozitiv olsanız, yaşam asanlaşar.

Günün ikinci yarısında yeni maraqlar yaranır. Radikallıq etməyin, ekstremal davranışı seçin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Vaxtınız və qüvvənizdən qənaətlə istifadə edin.

Axşam saatlarını ailə üzvlərinə ayırın.

Şir - Xırda və kiçik məsələlərə görə əhvalınızı korlamayın. Soyuqqanlı olun. İstənilən çətinliyin, problemin öhdəsindən tez gələ bilərsiniz. Çətinliklər ağır deyil.

Nəzərdə tutduğunuzdan artıq iş görə bilərsiniz. Amma ifrat dərəcədə çalışaraq ifrat yorğunluğa düçar olmayın.

Günün ikinci yarısında ünsiyyətdə sərvaxt olun. Maraqlı tanışlıq istisna deyil. Münasibətlərə süni təkan verməyin. Hadisələr öz axarında cərəyan edərsə, sizin üçün daha yaxşı olar.

Qız - Şəxsi münasibətlərdəki problemi həll edə biləcəksiniz. Hissləriniz və istəklərinizdə konkretliyə nail olun. Tərəfdaş və müttəfiqlərin sizdən nə gözlədiyindən hali olun. Yaxın perspektivlə bağlı planlarınızı ailə üzvləri ilə müzakirə edin.

Fikir ayrılıqları yaranmayacaq.

Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş etmək olar. Yaxınlarınızdan birinə hədiyyə alın.

Yeni işlər üçün münasib zaman deyil. Cari və rutin işləri başa vurun. Axşam saatlarında ehtiyatlı davranın. Yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Travma riski artıb.

Tərəzi - Yaşananlar sizi narahat edir. Qıcıq bu günün ən güclü emosiyasına çevrilməsin. Mənfi hisslərin öhdəsindən gəlməyi bacarın. Situasiyada müsbət dəyişikliklər etmək olar. Etibar etdiyiniz şərik və ya tərəfdaş sizə yardım edəcək.

Günün ikinci yarısında spontan etiraf istisna deyil. Yaxınlarınızla müzakirə olunası məsələlər var. Lakin mürəkkəb, ağır söhbət üçün əlverişli zaman deyil. Yalnız təxirəsalınmaz, aktual nüanslar barədə danışın.

Əqrəb - Yeni kəşflər zamanıdır. Darıxdığınız, görmək istədiyiniz insanlardan xoş xəbər alacaqsınız. İndiyədək tətbiq etmədiyiniz bacarıqlarınızı reallaşdırın.

Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Yeni müttəfiqlər sizə yardım etməyə hazırdırlar.

Günün ikinci yarısında yaşlı qohumlarla təmaslarda diqqətli olun. Bu gün münasibətlər korlanarsa, inciklik uzun çəkə bilər. Axşam saatlarında əhvalınızda problemlərin yaranması istisna deyil. Zökəm və soyuqdəymə riski var.

Oxatan - İşgüzar məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Kommersiya baxımından perspektiv məsələlərdə aktiv olun. İdeyaları dərhal həyata keçirmək mümkün deyil. Buna rəğmən yeni variantları diqqətlə dəyərləndirin.

Bir qədər sonra fərqli layihənin icrasına başlamaq və yeni biznesə start vermək olar.

Günün ikinci yarısında potensial müttəfiqlərin imkanlarını dəyərləndirin. Şirin vədlər verərək sizi tələyə salmağa can atan insana inanmayın.

Yaxınlarınızla fikir ayrılıqları ola bilər. Mövqelərinizi həddən artıq sərt müdafiə etməyin. Düşünülməmiş sözlər söyləməyin. Sonradan peşman ola bilərsiniz. Qohumlardan birinin xətrinə dəyməyin.

Oğlaq - Pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Xoş sürpriz, qəfil uğur istisna deyil. Son vaxtlar sizi narahat edən problemin həlli asanlıqla tapılacaq. Yeni planlar formalaşır. Onların sayəsində gələcəyə nikbin baxacaqsınız.

Günün ikinci yarısında ev işləri və ailə qayğılarını qulaqardına vurmayın. Şəraitdə dəyişikliklər edin. Nüanslara fikir verin. Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, axşam saatlarını evdə keçirməyin.

Dolça - Tələskənliyə yol verməyin. Qərarlarınız və həyata keçirdiyiniz layihə yaxşı düşünülmüş olmalıdır. Yaşlı qohumlar və köhnə dostlar yaxşı məsləhətlər verəcəklər.

Şəxsi münasibətlərdəki problemi həll etməyə çalışanda köhnə tanışlardan birinə müraciət etməkdən çəkinməyin. Onlar sözünüzü qəribliyə salmayacaqlar.

Günün ikinci yarısında xoş təəssürat oyatmağa can atdığınız insanla görüşün. Təbii davranın, olduğunuzdan yaxşı görünməyə çalışmayın. Unutmayın ki, səmimiyyət qəlbləri fəth edir.

Axşam saatlarında gəzintiyə yollanın.

Balıqlar - Mühüm görüş olacaq. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bunun üçün xüsusi səy göstərməyə lüzum yoxdur. Rəsmi tədbirə, dəvət aldığınız məkana qayıtmaq üçün pis gün deiyl.

Düşünülməmiş sözlər deməyin. Əməlləriniz anlaşılmazlıq yaratmasın.

Günün ikinci yarısında yeni maraqlar və ideyalar formalaşacaq. Məlumatlarınızı artırın. Axşam saatları romantik görüş üçün əlverişlidir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2024 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri