Icma.az
close
up
RU
“Gününsəsi” yazdı: Hesablama Palatası UNECdəki yoxlamaların nəticəsini açıqladı POZUNTULAR VAR

“Gününsəsi” yazdı: Hesablama Palatası UNECdəki yoxlamaların nəticəsini açıqladı POZUNTULAR VAR

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Hesablama Palatasının 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinin rəsmi saytda yerləşdirməməsi barədə xəbər vermişdik. 

“Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?” 

başlıqlı xəbərdə bildirilirdi ki, Hesablama Palatası BDU VƏ NDU nəticələrini saytında dərc etsə də, nədənsə UNEC-lə bağlı aparılan yoxlamaların nəticələrinin ictimaiyyətdən gizlənildiyi görünür.

“Saytımızın araşdırmasına  görə, UNEC-də daha ciddi maliyyə pozuntuları aşkarlanıb.

Məlumata görə, audit Universitetin dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən daxil olan vəsaitlərini, satınalmalarla bağlı prosedurları əhatə edib. Məlum olub ki, mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını baş verib, ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməyib, debitor borclar yaranıb. Bundan əlavə ən ciddi nöqsanlar satınalmalar üzrə aşkarlanıb” deyə məlumatda yazılıb.

Bu arada isə Hesablama Palatası UNEC-dəki yoxlamaların nəticələrini öz saytlarına yerləşdirib.

Auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13263,0 min manat qalıq vəsaiti mövcud olmuş, 2022-2023-cü illərdə və 2024-cü ilin birinci rübü ərzində müxtəlif mənbələrdən ümumilikdə 119221,2 min  manat vəsait daxil olmuş və 125086,4 min manat məxaric edilmişdir.

UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7,8% səviyyəsində artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2% və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşmışdır. Eyni zamanda, UNEC-in gəlirlərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (Nazirlik) müvafiq əmrləri ilə 2022-ci ildə 1653,0 min manat və 2023-cü ildə 1100,0 min manat vəsait təhsil işçilərinin, o cümlədən Nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını, eləcə də 2024-cü ildə 991,0 min manat vəsait yalnız Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılmışdır.

Auditin əhatə etdiyi dövrün sonuna UNEC-də 1646 nəfər əməkdaş çalışmış, onlardan 792 nəfərini inzibati, 854 nəfərini isə professor-müəllim heyəti təşkil etmiş, professor- müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olmuşdur.  Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı kənardan 380 nəfər saathesabı əsaslarla cəlb edilmişlər.

2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15060 nəfər, 4863 nəfər, 191 nəfər və 7 nəfər təşkil etmişdir.

İlk olaraq qeyd edək ki, auditlə UNEC-in Nizamnaməsində nəzərdə tutulsa da, Nazirlik tərəfindən Himayəçilər Şurasının yaradılmadığı, bu səbəbdən də Nizamnamə ilə Himayəçilər Şurasına aid edilmiş vəzifələrin UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları tərəfindən icra edildiyi müəyyən olunmuşdur.

Həmçinin Nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, auditlə əhatə olunan illərdə bu fəaliyyət təsisçi tərəfindən həyata keçirilməmiş, nəzərdə tutulan ştat cədvəlləri rektor tərəfindən müvafiq qaydada təsdiq olunmuşdur. Eləcə də, Himayəçilər Şurasının yaradılmaması “Elmi-metodiki Şuranın Əsasnaməsi”nin  də UNEC-in Elmi-Şurası tərəfindən təsdiqi ilə nəticələnmiş, audit olunan dövrdə kənar auditor təyin edilməmiş, analoji olaraq daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət etmişdir.

Auditin əhatə etdiyi vəsaitin əsas hissəsini sosial xərclər təşkil etmiş, tətbiq edilmiş audit metodları ilə hesablanmış və ödənilmiş məbləğlər arasında uyğunsuzluq aşkar olunmamışdır. Bununla belə, icra prosesində bəzi nöqsanlara yol verilmiş, bu nöqsanların nəticəsi ümumilikdə cəmi məbləğin icrasına əhəmiyyətli təsir göstərməmişdir.

Ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə nəzarətin tam təmin olunmaması, eləcə də kredit haqlarının hüquqi aktların tələblərinə uyğun şəkildə yığılmaması təhsil haqqı üzrə debitor borc məbləğinin artımına səbəb olmuşdur.

Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti olaraq dayandırılmalı olduğu halda, dövlət sifarişi əsasında təhsil alan, lakin akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış tələbələr üzrə təhsil xərcinə görə cəmi 52 halda 32,3 min manat vəsait UNEC-in hesabında qalmışdır. Toplanmış audit sübutları auditlə əhatə edilən dövrdə hüquqi aktların tələblərinə uyğun xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilməmiş, nəticədə dövlət sifarişi ilə təhsil alan, auditlə əhatə edilən illərdə müxtəlif səbəblərdən UNEC-dən xaric edilmiş tələbələr üzrə təhsil xərcinə görə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü  ildə 75 halda 57,6 min manat, cəmi 146 halda 107,5 min manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməmişdir.

Auditin əhatə etdiyi dövrdə ümumilikdə təqaüdlərin maliyyələşdirilməsi məqsədilə  27540,9 min manat vəsait icra edilmiş, təhsilin nəticələrinə görə müəyyən olunmuş təqaüdlərin məbləği bəzi hallarda kiçik məbləğlərdə düzgün hesablanılmamış, bu hallar  vəsaitlərin icrasına əhəmiyyətli təsir göstərməmişdir.

Nizamnaməsi ilə nəzərdə tutulmayan bəzi tədbirlərə vəsait yönəldilməsi dövlət vəsaitlərinə əlavə tələbat yaratmaqla mənfəət məbləğinə də təsir göstərmişdir. Belə ki, UNEC voleybol komandasının oyunçuları və fizioterapevt ilə xidməti müqavilələr bağlanılaraq onlara aylıq haqq və idmançılara müəyyən edilmiş vaxtlarda məşq etmək və oyunlarda iştirak etmək üçün lazımı şərait yaradılması ilə bağlı bütün xərclər ödənilmiş, eləcə də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil olan və UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən maliyyələşdirildiyi halda vəsait yönəldilmişdir.

Təmir xərclərinin icrası prosesində təşkil olunmuş nəzarət fəaliyyətinin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilmiş işlərin dəyər və həcminin artırılması, eləcə də yerinə yetirilməyən işlərin dəyərinin ödənilməsi hallarına yol verilmiş, müvafiq nöqsanlar səbəbindən Quba tədris, idman və istirahət mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6%-i, tədris binalarının əsaslı təmiri üzrə müqavilə məbləğinin 1,6%-i və cari təmir üzrə müqavilələrin 8,8%-i qədər vəsait artıq icra edilmişdir.

Satınalmanın planlaşdırılması ilə bağlı tələblərə əməl olunması fonunda mütəmadi olaraq təşkil olunan və eyni dövrdə keçirilən tədbir üzrə fəaliyyətin gecikdirilməsi nəticəsində hər iki ildə təcili tələbat əsas gətirilməklə müsabiqəsiz şərtlərlə vəsait icra edilmişdir. Qeyd edək ki, bir mənbədən satınalmaların ümumi satınalma həcmində məbləğ olaraq xüsusi çəkisi 2022-ci ildə 8,6%, 2023-cü ildə isə 18,7% təşkil etsə də, satınalma sayında xüsusi çəkisi 2022-2023-cü illərdə müvafiq olaraq 45,5% və 47,4% təşkil etmişdir ki, bu da ən yaxşı təcrübələrlə müqayisədə məqbul hesab edilməyən həddən də nəzərəçarpacaq dərəcədə çoxdur.

Müqavilə şərtlərinə əməl olunmaması və öhdəliklərin icrasına nəzarətin tam təmin edilməməsi avans məbləğinin bağlanılmaması ilə vəsaitlərin təchizatçının istifadəsində saxlanılmasına səbəb olmuş, eləcə də bəzi hallarda müqavilə şərtlərinin hüquqi aktların tələblərinə əməl olunmadan dəyişdirilməsi, son nəticədə, vəsaitlərin satınalmasız icra edilməsi qənaətini formalaşdırmışdır.

Mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin hüquqi aktların tələblərinə uyğun təşkil və tərtib olunması, eləcə də bu hesabatların təsisçiyə tələb edilən müddətlərdə təqdim olunması fonunda kənar auditin 2022-ci ildə avqust ayında keçirilməsi və 2023-cü ildə keçirilməməsi maliyyə hesabatlarının təsisçiyə auditor rəyi olmadan təqdim olunması ilə nəticələnmişdir.

Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminlik formalaşdırmış, bu əminlik səviyyəsi əsasında dövlət satınalmalarının keçirilməsi və daxili nəzarətin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən həyata keçirilən fəaliyyətin qüvvədə olan hüquqi aktlara əsasən uyğun olmasına dair rəy verilmişdir.

Kollegiya qərarında nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən UNEC ərazisində fəaliyyət göstərən 3 nömrəli tələbə poliklinikasının əməkdaşlarına ödənilən maddi yardımların növbəti aydan dayandırılması ilə bağlı alınmış qərar, dövlət sifarişi ilə təhsil almış xaric olmuş və akademik məzuniyyətə çıxmış təhsilalanlara görə ümumilikdə 139,8 min manat, təqaüd xərcinə görə dövlət büdcəsindən artıq ödənilmiş 1,8 min manat, satınalma müqavilələri üzrə yerinə yetirilməmiş öhdəliklər üzrə 6,8 min manat, təmir xərclərinin icrası prosesində yol verilmiş nöqsanlar üzrə 46,0 min manat məbləğində vəsaitin bərpa edilməsi, eləcə də təmir işləri üzrə 30,5 min  manat dəyərində işlərin görülməsi, həmçinin təhsil haqları üzrə 7300,3 min manat debitor borcun audit dövründə 2675,2 min manatının bağlanması nəzərə alınmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Yanvar 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see143

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see120

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see117

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see115

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see108

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri