Icma.az
close
up
RU
“Gürcü Arzusu” medianın dabanını senzura ilə basdalayır

“Gürcü Arzusu” medianın dabanını senzura ilə basdalayır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Gürcüstan parlamenti “Yayım haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib. Onun sayəsində hakimiyyət müxalifət telekanallarını nəzarətə götürə biləcək. Lakin Gürcüstan cəmiyyətində bunun respublika üçün xeyirli olub-olmayacağı ilə bağlı dəqiq fikir yoxdur.
Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
“Gürcü Arzusu” telekanalların xaricdən maliyyələşdirilməsini qadağan etməyə hazırlaşır. Hakim partiya hesab edirdi ki, xaricdən pul almaq jurnalistlərin respublikanın milli maraqlarına zidd olan məqsədlər güdməyə başlamasına gətirib çıxarır. Nümunə kimi deputatlar USAID-in fəaliyyətini göstəriblər.

Bundan əlavə, jurnalistlərə səlahiyyətli şəxsin razılığı olmadan şəxsi və ya ictimai yerlərdə video və ya audio yazılar aparmağa icazə verilməyəcək. Tələblərə əməl olunmadıqda yayımçıya əvvəlcə xəbərdarlıq, sonra cərimə, sonda isə fəaliyyət göstərmək üçün lisenziyası ləğv ediləcək. İstisna yalnız icazəsiz işin yüksək ictimai maraqla əsaslandırıldığı hallarda mümkündür.
Doğrudur, jurnalistlər bunu sübut etməli olacaqlar.
Mediadan, həmçinin “faktiki dəqiqliyi” qorumağı və “qərəzsiz” olmağı tələb edəcəklər.
Qanun layihəsinə görə, telekanallar “bütün alternativ fikirləri adekvat şəkildə təmsil etməli” və “faktları və ya fikirləri təhrif etməkdən və fərqli fikirləri yanlış şərh etməkdən çəkinməlidirlər”.
Martın 3-də Gürcüstan parlamentinin hüquq komitəsinin rəhbəri Arçil Qorduladze bildirib ki, qanuna edilən düzəlişlər onlayn və çap mediasına şamil olunmasa da, “bu istiqamətdə iş davam etdirilə bilər”.
“Dəyişikliklər qəzetlərə, onlayn mediaya aid deyil və bu da problemdir. Müasir texnologiyaların inkişafı ilə informasiyanın yayılmasının alternativ mənbələri yaranıb və müxtəlif platformalardan və ya müxtəlif onlayn platformalardan gələn informasiya axını cəmiyyətin əksəriyyəti üçün informasiya mənbəyidir və bu məsələnin tənzimlənməsi üzərində işi davam etdirə bilərik”, - deyə Qorduladze əlavə edib.
Necə olursa-olsun, “Gürcü Arzusu” əmindir ki, yalnız böhtan və dezinformasiyanı normaya çevrimiş şəxslər mediaya məhdudiyyətlərin tətbiqindən narahat ola bilərlər.
“Fakt budur ki, medianın xaricdən maliyyələşdirilməsi dezinformasiyanın, böhtanların yayılmasına və siyasi manipulyasiyalarla dolu povestin inkişafına kömək edir”, - parlamentin insan hüquqları komitəsinin sədri Rati İonatamişvili deyib.

Öz növbəsində parlamentin spikeri Şalva Papuaşvili “onlarla gürcü KİV-ini” sosial şəbəkələrdən düşmənçilik təbliğatı aparmaq üçün istifadə edən qeyri-hökumət təşkilatları ilə eyniləşdirib.
“Bu media şirkətləri təşviqat, dezinformasiya və saxta xəbərlərin yayılması vasitəsilə xarici təbliğat şəbəkəsini gücləndirirlər. Onlar sırf bu məqsədlə yaradılıb və maliyyələşdirilir. Baxmayaraq ki, özlərini “müstəqil” və “şəxsi” media kimi gizlədirlər... Fəal jurnalistika sadəcə olaraq “oxymoron”dur (paradoks – red.). Bu isə son nəticədə obyektiv xəbər almaq hüququndan məhrum olan, əvəzində hər cür təbliğat eşidən vətəndaşa ziyan vurur. Nəhayət, bu, demokratik plüralizmi sarsıdır və artıq təkcə Gürcüstanda deyil, bütün dünyada hiss olunan fəlakətə çevrilir”, - Papuaşvili bəyan edib.
Xatırladaq ki, Gürcüstanda üç ən məşhur müxalifət telekanalı var: “Mtavari Arxi” (Əsas Kanal), “Pirveli” (Birinci Kanal) və “Formula”. Onlar Mixail Saakaşvilinin Vahid Milli Hərəkatının keçmiş və ya indiki üzvləri ilə əlaqəlidirlər. Fevral ayında “Mtavari Arxi” maliyyə problemlərinə görə canlı yayımların istehsalını dayandıracağını açıqlamışdı.
“İlk növbədə, “Gürcü Arzusu” tənqidi mediaya zərbə vurmaq istəyir. “Mtavari” ən həssas vəziyyətdədir, çünki onun investorları hazırda bir-biri ilə münaqişədədir. Digər tərəfdən, qanun layihəsi elə hazırlanıb ki, iqtidaryönlü telekanallar da öz redaksiya siyasətinə yenidən baxmalı olacaqlar. Baxmayaraq ki, ayrı-seçkilik olmadan cəzalandırılacağına inanmaq çətindir”, - politoloq Nika Çitadze NG-yə bildirib.
Ekspertin sözlərinə görə, təxminən 10 il əvvəl iqtidaryönlü televiziya kanalları müxalifət nümayəndələrinə tribuna verir, onların iştirakı ilə debatlar keçirirdi. Ancaq son vaxtlar belə bir şey olmayıb, ona görə də onlara baxmaq əvvəlkindən daha az maraqlı olub. “Ola bilsin ki, “Gürcü Arzusu”nun əsas məqsədi hər hansı narazılığın tamamilə kökünü kəsməkdir”, - Çitadze xəbərdarlıq edib.
Politoloq Petre Mamradze isə əks fikirdədir. “2008-ci ildən bəri heç bir müxalifət telekanalına dəvət almamışam, çünki onlar çox gözəl anlayırlar ki, mənim baxış bucağım onların redaksiya siyasəti ilə üst-üstə düşmür. İqtidaryönlü media isə əksinə, sözü müxalifətə verir. Başqa bir şey odur ki, məsələn, “İmedi” xəbər gündəmini elə formalaşdırır ki, “Gürcü Arzusu”nun əleyhdarlarının mənfi cəhətlərini tamaşaçılara çatdırsın. Amma eyni zamanda telekanal yalan danışmır, hər şey həqiqətən belədir və müxalifətə özünü müdafiə etmək imkanı verir”, - ekspert NG-yə bildirib.
Bu baxımdan, Mamradze ümid edir ki, “Televiziya və radio yayımı haqqında” qanun Gürcüstan mediasında vəziyyəti yaxşılaşdıracaq, o cümlədən yalan və dezinformasiya axını dayandıracaq.

Y. QACAR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Mart 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri