Icma.az
close
up
RU
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım və: qonşuda yeni qalmaqal

“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım və: qonşuda yeni qalmaqal

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcülər hakimiyyəti ittiham edirlər: “Gürcü Arzusu” gürcü tarixini, dilini və ədəbiyyatını “silir”?

Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, hakimiyyəti əlində saxlayan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının Rusiyaya meyilli siyasətindən narazılıq davam etməkdədir. Gürcü müxalifəti və Qərbyönümlü ictimai təşkilatlar hesab edirlər ki, “Gürcü Arzusu”nun bütün sahələrdə atdığı addımlar, aparılan siyasət ruspərəstdir.

Bu günlərdə Gürcüstanda 2025-ci il üçün Vahid Milli İmtahanlar proqramına edilən dəyişikliklərlə bağlı yeni qalmaqal yaranıb. Belə ki, 19-cu əsrin birinci yarısında çarizmə qarşı üsyanlar, Gürcüstanın Rusiya imperiyası tərəfindən ilhaqına və dövlətçiliyinin ləğvi barədə əsas hadisələrlə bağlı suallar tarix imtahanı testlərindən çıxarılıb. Gürcü ictimaiyyəti hesab edir ki, həmin hadisələrlə bağlı dərsliklərdəki məlumatlar milli kimliyin formalaşmasında mühüm rol oynayəb və müstəqillik uğrunda mübarizə aparan nəsilləri ruhlandırıb. Buna görə də, dəyişikliklər akademik ictimaiyyətin qəzəbinə səbəb olub.

Gürcü tarixçi Temo Papaskiri bu dəyişikliyi siyasi motivli sayır. Tarixçi “TV Pirveli”yə deyibn ki, bu gün “Gürcü Arzusu” gürcü ruhuna zidd addımlar atır: “Rejim o qədər anti-gürcü və o qədər rusiyapərəstdir ki, bu, onların bütün bu müddət ərzində həyata keçirdikləri rusiyayönlü siyasətin praktiki olaraq davamıdır”.

Gürcü dili və ədəbiyyatı da proqramdan kəskin şəkildə çıxarılıb. Əsərlər arasında Aleksandr Kazbeqinin “Heavisberi Qoça” hekayəsi, İlya Çavçavadzenin “Xoşbəxt millət” və Aleksandr Çavçavadzenin “Qoqça” şeirləri, Vaja Pşavelanın “Baxtrioni” poeması, dissident Paolonun poeziyası da proqramdan çıxarılıb. Bununla yanaşı, İaşvili, Nikoloz Barataşvili, Sulxan Sabanın bəzi məsəlləri, Orbeliani, Akaki Tsereteli və Polikarpe Kakabadzenin əsərləri ixtisar edilib.

Gürcüstanın müxalif Prezidenti Salome Zurabişvili əmindir ki, dəyişikliklər milli vətənpərvərlik ideyalarını sıxışdırmağa yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir.

“2025-ci il proqramının siyahısından “Xoşbəxt millət”, “Zahid”, “Cavabın cavabı”, “Kabus” və İlyanın “Otarovun dul arvadı” çıxarılıb. Paolo İaşvili və Polikarpe Kakabadzenin əsərləri, Vajanın "Vətənpərvərlik və Kosmopolitizm" əsəri tamamilə proqramdan silinib... Təhsil sistemini və müvafiq olaraq dövləti hansı milli və vətənpərvərlik ideyalarının idarə etdiyi aydındır" – Zurabişvili “Facebook” səhifəsində yazıb.

Gürcüstanın Təhsil Nazirliyi isə iradlarla razı deyil. Nazirliyin açıqlamasında bildirilib ki, proqramda dəyişikliklər abituriyentlərin maraqlarına uyğundur. Nazirlik iddia edir ki, “indi imtahan testləri yalnız icbari məktəb kurikulumunu əhatə edir.

“Tədris proqramı dəyişməyib, heç bir parça proqramdan çıxarılmayıb. Yeni proqram yalnız milli kurikulumda nəzərdə tutulan icbari ədəbiyyatlar əsasında hazırlanıb”, - deyə Təhsil Nazirliyinin açıqlamasında qeyd olunub.

Nazirlikdən bildirilib ki, ekspertlər cəlb edilməklə tələb olunan ədəbiyyatların siyahısına yenidən baxılır.

“İmtahan planında çatışmayan işlərlə bağlı, həmçinin abituriyentlər arasında milli vətənpərvərlik dəyərlərinin daha da formalaşmasına töhfə verəcək bütün məsələlərlə bağlı təkliflər ediləcək”, deyə qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Noyabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see148

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see140

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see137

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri