“Gürcü arzusu”nun sədri kimi fəaliyyətimi davam etdirirəm
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Keçmiş baş nazir və “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili hakim partiyanı tərk etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Bakıvaxt.az xəbər verir ki, qaribaşvili Gürcüstan telekanallarının yaydığı xəbərə belə cavab verib:
“Bu gün radikal müxalifətin nəzarətində olan media mənim “Gürcü arzusu”ndan ayrıldığım barədə yalanlar yayır. Bu dezinformasiyanın yeganə məqsədi ictimaiyyəti çaşdırmaq və süni həyəcan yaratmaqdır. Vurğulamaq istəyirəm ki, “Gürcü arzusu”nun sədri kimi fəaliyyətimi davam etdirirəm, komandamızın üzvüyəm və hər hansı digər məlumat həqiqətə uyğun deyil”.
Xatırlalaq ki, Qaribaşvilinin hakim partiya sıralarını tərk edərək biznesə başlaması barədə məlumatı “Pirveli” və “Mtavari Arxi” televiziya şirkətləri yayıb.
Baxış sayı:78
Bu xəbər 04 Dekabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















