Icma.az
close
up
RU
Gürcülər seçim qarşısında: Qərb, yoxsa Rusiya?

Gürcülər seçim qarşısında: Qərb, yoxsa Rusiya?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Gürcüstanda prezident seçkiləri keçirilib. 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib. 

Lakin seçkilərə etirazlar da var. Belə ki, parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Onlar, prezidentliyə namizəd irəli sürməyiblər. 

Qeyd edək ki, prezidentin seçilməsi üçün seçki kollegiyasının 2/3-nin dəstəyi lazımdır. Hakim "Gürcü Arzusu" partiyasının seçki kollegiyasındakı seçicilərinin sayı isə kifayət qədər çoxdur. 

Onların namizədi isə keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilidi.

Buna baxmayaraq, bu seçkidə də Gürcüstanda Qərblə Rusiyanın maraqlarının toqquşduğu müşahidə olunur. Hətta bəzi ekspertlər düşünür ki, seçkinin nəticəsindən asılı olmayaraq gürcü xalqı Qərb və ya Rusiya arasında seçim edib. 

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Gürcüstandakı qarışıq vəziyyət davam edir:

"Bu vəziyyətin fonunda Gürcüstanda prezident seçkiləri keçirilir. 

Qərbin dəstək verdiyi qeyri-hökumət təşkilatlarının iştirakı ilə hələlik nisbi etiraz davam edir. Düzdür, etirazlar kütləvi deyil, lakin yenə də aksiyaların olduğunu deyə bilərik. 

Bu səbəbdən də etirazları nisbi adlandırmağı daha doğru hesab edirəm. Belə bir vəziyyətdə keçirilən seçkilərdən sonra Qərbin, yoxsa Rusiyanın qalib gələcəyi hələ dəqiq bilinmir". 

Ekspert qeyd edib ki, hər şey gürcü xalqının seçimindən asılı olacaq:

"Yeni seçiləcək prezidentin Qərblə, yoxsa Rusiya ilə daha çox əməkdaşlıq edəcəyi hələlik sual altındadır. Düşünürəm ki, bu da proseslərin gedişatından asılı olacaq. 

Rusiyanın və Qərbin regiona baxışından, onların təsir imkanlarından asılı olacağını qeyd etmək lazımdır. 

Ümumi olaraq isə seçkidən sonra hansı tərəfin hədəfinə nail olacağını kimsə dəqiq deyə bilməz. Hər halda, son seçimi gürcü xalqı özü edəcək".

Elmir 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri