Rusiya çətin seçim qarşısında: Türk ordusu, yoxsa Qərb qoşunu? KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Türkiyə qoşunlarının Ukraynada yerləşdirilməsi Rusiyanın maraqlarına zərər verəcək”.
KONKRET.az xəbər verir ki, bunu türkoloq Vahram Ter-Matevosyan deyib.
“Əgər sülhməramlılar yerləşdirilsə, bu, fərqli bir mənzərə ortaya çıxaracaq. Amma Ukraynaya Türk ordusu göndərilsə, o zaman başqa problemlər yarana bilər. Postsovet məkanı tədricən Rusiya-Türkiyə ümumi idarəetmə ərazisinə çevrilir. Ukraynada Türkiyəyə belə səlahiyyətlərin verilməsi Avrasiyada əhəmiyyətli tektonik dəyişikliyə gətirib çıxaracaq. Hamı başa düşür ki, Türkiyənin ciddi geosiyasi məqsədləri var və orada qoşunların yerləşdirilməsi daha artığına nail olmağa imkan verəcək. Türkiyə Krımdakı məqsədlərindən heç vaxt vaz keçməyib, Krım tatarlarının müdafiəçisi kimi çıxış edir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Əgər Rusiya belə bir qərarla razılaşarsa, bu, onun maraqlarına zərər vurmuş olacaq. Amma hər bir halda Rusiya türk ordusunu Avropa qoşunlarından daha məqbul hesab edə bilər”, – deyə Ter-Matevosyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 26 Fevral 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















