Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın tam bərpa olunmasını gözləyir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisi, 6 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) ilə strateji tərəfdaşlığın tam bərpa olunacağını gözləyirik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin korlanması Gürcüstan deyil, ABŞ-ın əvvəlki administrasiyası ilə bağlıdır.
O deyib ki, Bayden administrasiyası dövründə Gürcüstan ABŞ-dan gözlədiyi dəstəyi almayıb, əksinə, ölkədə demokratiyanın zəiflədilməsinə yönələn cəhdlərin şahidi olub.
“Ümid edirik ki, yeni administrasiya bu səhvləri düzəldəcək. Gürcüstan strateji tərəfdaşlığın bərpasına tam hazırdır. Geosiyasi dəyişikliklər fonunda əsas məqsədimiz ölkədə sülhü və təhlükəsizliyi qorumaqla yanaşı, ABŞ ilə münasibətlərin yenidən strateji müstəviyə qaytarılmasıdır”, – deyə Papuaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 Fevral 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















