Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 11 yanvar, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yanvarın 11-də bu ölkənin xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə əsasən ikitərəfli gündəlikdəki cari məsələlər diqqət mərkəzində olub.
Bu kontekstdə xarici işlər nazirinin Azərbaycana rəsmi səfərinin təfərrüatları, o cümlədən Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 10-cu iclasının keçirilməsi məsələri müzakirə edilib. Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndiriblər.
Həmçinin ticarət-iqtisadi, nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.
Söhbət zamanı regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib.
Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 11 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















