Icma.az
close
up
RU
Gürcüstan Azərbaycan dostluğu və strateji tərəfdaşlığı xüsusi və nümunəvidir ŞƏRH

Gürcüstan Azərbaycan dostluğu və strateji tərəfdaşlığı xüsusi və nümunəvidir ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 aprel, AZƏRTAC

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Bu baxımdan qonşularla əlaqələrin inkişafına xüsusi önəm verilir. Bunu Azərbaycan-Gürcüstan münasibətlərində aydın görmək mümkündür. Bu ilin əvvəlində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, bu günlərdə isə Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfərləri münasibətlərimizin hazırkı inkişaf səviyyəsinin aydın mənzərəsini təqdim edir. Bu səfərlərin özəlliyi ondan ibarət oldu ki, İrakli Kobaxidze ölkəsində keçirilən parlament seçkilərindən, həmçinin Mixeil Kavaleşvili prezident seçildikdən sonra ilk səfərlərini Azərbaycana etdilər. Bu, Azərbaycan-Gürcüstan münasibətlərinin mahiyyətinin, xalqlarımızın dostluğunun nümayişi oldu. Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir. Prezidentlərin mətbuata birgə bəyanatında dövlətimizin başçısı İlham Əliyev bir daha vurğuladı ki, əsrlər boyu xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir: “Belə ki, regional inkişafa davamlı töhfələri ilə diqqətdə olan Azərbaycan və Gürcüstan dövlətlərinin qətiyyəti, siyasi iradəsi əsasında reallığa çevrilən, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri sonrakı illərdə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə stimul oldu. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan, nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat, enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.

Malik Həsənov onu da əlavə edib ki, hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Əgər bu gün Cənubi Qafqazda Orta Dəhliz layihəsindən bəhs olunursa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır. Orta Dəhlizin vacib seqmenti hesab olunan, əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın 100 möhtəşəm layihəsi sırasına daxil edilib.

Deputat bildirib ki, dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında, səfərlər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatlarında diqqəti Azərbaycan həqiqətlərinə, 30 illik işğal dövrünün reallıqlarına yönəldir: “Gürcüstan Prezidenti ilə birgə mətbuata bəyanatında da bu məsələ xüsusi diqqətdə oldu. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm də Azərbaycan öz töhfəsini verir. Uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilib. Bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.

Malik Həsənov Gürcüstan-Azərbaycan münasibətlərinin dünəninə və bu gününə baxış əsasında belə bir əminliyi ifadə edib ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək: “Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyil. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirdi ki, dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşür və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir. Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri