Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 52,6 milyon ABŞ dolları dəyərində 55 min 601 ton neft və neft yağları idxal edib.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq 3 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
2026-cı ilin ilk 5 ayında Gürcüstan xarici ölkələrdən 635,5 milyon ABŞ dolları dəyərində 737 min 826 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 28 % və 11 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 220 milyon ABŞ dolları dəyərində 309,4 min ton, Türkiyədən 84,4 milyon ABŞ dolları dəyərində 67,3 min ton, Rumıniyadan 61,5 milyon ABŞ dolları dəyərində 77,4 min ton, Bolqarıstandan 44,1 milyon ABŞ dolları dəyərində 50 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:455
Bu xəbər 22 İyun 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















