Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənmə məsələlərinə dair sammitdə iştirak etməyəcək.
Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rəsmi Tiflis tədbirdə yalnız ölkənin Aİ-dəki səfiri səviyyəsində təmsil olunmağa dəvət edildiyi üçün sammitdə iştirakdan imtina edib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək tədbirdə, eləcə də koordinasiya məsələlərinə dair nazirlər sammitində iştirak etmək üçün müvafiq səviyyədə dəvət almayıb.
Bu səbəbdən Gürcüstan nümayəndəsi sözügedən görüşə qatılmayacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Aİ liderləri Brüsseldə toplaşırlar Gürcüstan yenə diqqət mərkəzində
19 Dekabr 2024 09:17
Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası keçiriləcək
15 Dekabr 2025 16:40
Brüsseldə Aİ liderlərinin Sammiti keçirilir
19 Mart 2026 16:08
Brüsseldə Azərbaycan Aİ danışıqları keçirildi
17 Aprel 2026 16:04
Britaniya və Aİ liderlərinin sammitini gələn ay Brüsseldə keçiriləcək
12 Oktyabr 2026 19:51
Baxış sayı:92
Bu xəbər 16 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















