Gürcüstan hökuməti qərbdə yerləşən bir neçə qaz xəttinin “SOCAR Gas Georgia”ya satışını təsdiqləyib
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstan hökuməti ölkənin qərb ərazilərində yerləşən qaz xətlərinin Azərbaycanın “SOCAR Gas Georgia” şirkətinə 19,8 milyon lariyə birbaşa satışını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze müvafiq sərəncam imzalayıb.
Layihə İmereti, Quriya və Sameqrelo-Zemo Svaneti rayonlarının kəndlərində 41 qaz xəttinin özəlləşdirilməsindən ibarətdir. Proses 17 il üçün nəzərdə tutulub və Gürcüstan əyalətinə ödənişlər 2032-ci ildə başlayacaq. Şirkət 10 il ərzində hər il təxminən iki milyon lari ödəyəcək.
Qeyd edək ki, SOCAR-ın törəmə müəssisələri ölkədə qazpaylayıcı sistemlərin genişləndirilməsi və modernləşdirilməsi, SOCAR brendi altında yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafı ilə məşğul olur, həmçinin Gürcüstanın Qara dənizdəki Kulevi limanında Azərbaycan nefti və neft məhsullarının daşındığı neft terminalına malikdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 07 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















