Icma.az
close
up
RU
Gürcüstan Müdafiə Nazirliyinin rəis müavini istefa verib

Gürcüstan Müdafiə Nazirliyinin rəis müavini istefa verib

...Gürcüstan müdafiə nazirinin birinci müavini Levan Nikoleişvili istefa məktubu yazıb. SİA-nın əldə etdiyi məlumata görə, ölkənin Müdafiə Nazirliyi bu xəbəri təsdiqləyib.

Nazir müavini jurnalistlərə bildirib ki, xaricdə təlim keçmək niyyətindədir. "İnterfaks" xəbər verir ki, Nikoleişvili konkret nəyi öyrənmək niyyətində olduğunu açıqlamayıb.

Gürcüstanın müdafiə naziri David Kezeraşvili hələ ki, müavininin istefasını qəbul etməyib, lakin gün ərzində bunu edəcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları artıq altıncı gündür ki, davam edir.

Mitinqlər Rusiyayönlü hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini dayandırmaq qərarına gəlməsindən sonra başlayıb.

Əli Babayev

seeBaxış sayı:61
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri