Icma.az
close
up
RU
Alimlər həyati əhəmiyyətli genlərin gizli işarələnmə mexanizmini aşkar ediblər

Alimlər həyati əhəmiyyətli genlərin gizli işarələnmə mexanizmini aşkar ediblər

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alimlər həyati əhəmiyyətli genlərin gizli işarələnmə mexanizmini aşkar ediblər

Hüceyrə həyati əhəmiyyətli genləri birbaşa RNT molekullarında işarələyir: kodlaşdırılmayan qonşu sahələr həmin molekullarda ayrı-ayrılıqda deyil, cüt-cüt saxlanılır. Bu hadisəni Monpelye Universitetinin İnsan Genetikası İnstitutunun alimləri Emma Matye və Uilyam Riçi altı insan xərçəng hüceyrəsi xəttinin sekvensləmə məlumatlarını araşdıraraq təsvir ediblər. Oxuməni. az xəbər verir ki, tədqiqatın nəticələri Scientific Reports jurnalında dərc olunub.

İnsan genləri ekzonlar adlanan kodlaşdırıcı sahələrdən və onları bir-birindən ayıran intronlardan ibarətdir. Gen oxunduqdan sonra hüceyrə RNT-dən bu aralıq sahələri çıxarır və ekzonları birləşdirərək zülal sintezi üçün hazır matris yaradır. Bəzən isə intronların çıxarılması prosesi baş vermir. Artıq intron daşıyan genin RNT surəti sürətlə parçalanır və nəticədə həmin genin aktivliyi azalır. Bu proses intronların saxlanılması adlanır. Hüceyrə, məsələn, kök hüceyrənin yetkin hüceyrəyə çevrilməsi zamanı yüzlərlə genin fəaliyyətini zəiflətmək üçün bu mexanizmdən istifadə edir.

Matye və Riçi nanoməsaməli sekvensləmə texnologiyası ilə əldə edilmiş nəticələri təhlil ediblər. Bu texnologiya ayrı-ayrı RNT molekullarını kiçik dəlikdən keçirərək onların quruluşunu oxumağa imkan verir. Hər oxunuş genin bir neçə sahəsini əhatə etdiyindən alimlər eyni molekul üzərində qonşu intronların vəziyyətini müqayisə edə biliblər. Təhlil göstərib ki, bir cütdəki intronlardan biri saxlanılırsa, digəri də demək olar ki, həmişə saxlanılır. Başqa sözlə, hüceyrə bu qərarı bir neçə aralıq sahə üçün eyni vaxtda verir.

Bu uyğunluğu nə təsadüflə, nə də RNT-nin emal prosesinin tamamlanmaması ilə izah etmək mümkündür. Belə ki, cüt halında saxlanılan intronlarda onların çıxarılmasını təmin edən siqnallar tək-tək saxlanılan intronlarla müqayisədə daha güclüdür. Bundan əlavə, hüceyrələrdə adətən intronların çıxarılmasına kömək edən TIA1 və U2AF2 zülalları həmin sahələrin yaxınlığında toplanır.

Kəşfin əhəmiyyəti genlərin ayrı-ayrılıqda söndürülməsi və bunun hüceyrənin taleyinə təsirinin izlənilməsi ilə aparılan təcrübələrin nəticələrini özündə birləşdirən DepMap məlumat bazası vasitəsilə də təsdiqlənib. Məlum olub ki, intronları cüt-cüt saxlanılan genlər hüceyrənin yaşaması üçün tək intron saxlayan genlərdən daha vacibdir. Hüceyrə bu genlərdən məhrum olduqda daha ciddi çətinliklərlə üzləşir.

Altı hüceyrə xəttində intronları cüt-cüt saxlanılan 29 gen müəyyən edilib. Onların demək olar ki, hamısı ribosomların (hüceyrənin zülal istehsal edən strukturlarının) və intronların çıxarılması mexanizminin komponentlərini kodlaşdırır. Bu genlərin təxminən üçdə biri dəqiq miqdarda olması tələb edilən zülal komplekslərinin alt vahidlərini əmələ gətirir. Belə komplekslərdə komponentlərdən birinin həddindən artıq çox olması onun çatışmazlığı qədər zərərli ola bilər.

İntronların saxlanılması insan genlərinin 80 faizindən çoxuna təsir edir və qan hüceyrələrinin yetişməsindən tutmuş xərçəng zamanı şişlərin inkişafını dayandıran genlərin söndürülməsinədək müxtəlif proseslərdə iştirak edir.

Müəlliflərin fikrincə, intronların cüt-cüt saxlanılması hüceyrənin öz fəaliyyətini tənzimləmə sisteminin bir hissəsi ola bilər. Müəyyən zülalın miqdarı həddindən artıq artdıqda, həmin zülal özünün yetişməmiş RNT-sinə birləşərək onun parçalanmasına səbəb olur və beləliklə, hüceyrədə tarazlıq bərpa edilir.

Bu mexanizmin öyrənilməsi xərçəng hüceyrəsinin hansı genlər olmadan yaşaya bilmədiyini müəyyən etməyə imkan verir. Bu isə həmin hüceyrələrin zəif nöqtələrinin aşkar edilməsi üçün yeni imkanlar yarada bilər.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 30 Oktyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri