Gürcüstan müxalifəti niyə öz ölkəsini məhv etmək istəyir..?
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Gürcüstan hakimiyyəti müxalifətlə amansız davranmalıdır, çünki onlar pul müqabilində öz ölkələrini məhv etməyə hazırdırlar. SİA-nın əldə etdiyi məlumata görə, bunu "Ukraina.ru"ya müsahibəsində "Rusiya İttifaqı" hərəkatının koordinatoru, politoloq və hərbi könüllü Aleksey Koçetkov deyib.
Onun fikrincə, Gürcüstan hakimiyyəti indi öz təhlükəsizlik qüvvələrini maddi cəhətdən dəstəkləməlidir, pul yoxdursa, bolşeviklərin yolu ilə getsinlər.
...Özəl bankları ələ keçirin, bütün nağd pulları götürün və 1 min dollar əmək haqqı tətbiq edin...tutulan hər əclaf üçün- ekspert məsləhət görür. İnanın mənə, 24 saatdan sonra Tiflisdə bir dənə də olsun müxalifətçi sərbəst gəzməyəcək".
Bunu deyən Koçetkov əmindir ki, müxalifətin qələbəsi Gürcüstanı Rusiya ilə lazımsız müharibəyə çəkmək deməkdir. Ona görə də o hesab edir ki, iqtidar müxalifətlə amansız davranmalıdır.
Politoloq əlavə edib ki, əgər hazırkı rəhbərlik hələ də özünüqoruma instinktinə malikdirsə, onlar qanuna uyğun olaraq, amma "qəddar və amansız" hərəkət etməlidirlər.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Dekabr 2024 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















