Icma.az
close
up
RU
Gürcüstan paytaxtında qan töküldü...FOTO

Gürcüstan paytaxtında qan töküldü...FOTO

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gecə Tbilisidə naməlum maskalı şəxslər "Axali" partiyasının fəallarını döyüblər. Döyülənlərin qanlı fotoları sosial şəbəkələrdə yayılıb.

Moderator.az bu haqda "Kavkazskiy uzel" nəşrinə istinadla xəbər verir.

Dekabrın 8-də axşam saatlarında Tbilisinin Azadlıq meydanına xüsusi təyinatlılar və su şırnaqları yerləşdirilib və avrointeqrasiyanın dayandırılmasının əleyhdarları gecə saatlarında yenidən parlamentin yaxınlığında toplaşıblar.

Çoxlu sayda etirazçı Rustaveli prospektinə toplaşıb. Ancaq gecə saatlarında hətta patrullar da olmayıb və ötən gecə Tbilisidə ümumilikdə sakit keçib. Bu barədə "Tbilisi life" telegram kanalı bu gün məlumat yayıb.

Buna rəğmən gecə Tbilisidə fəallar yenidən maskalı naməlum şəxslərin hücumuna məruz qalıb. Gürcüstan parlamentinin yaxınlığında, Besiki küçəsində təxminən 50 nəfərdən ibarət qrup "Axali" partiyasının bir neçə üzvünü döyüb. “Gürcüstan 24” teleqram kanalı qeyd edib ki, hadisənin baş verdiyi yerin yaxınlığında patrul polisi dəstəsi növbətçilik edib, lakin onlar baş verənlərə müdaxilə etməyib və hücum edənlərin ardınca ərazini tərk ediblər.

Fəallardan başqa, parlamentin yaxınlığında "Pirveli" telekanalının çəkiliş qrupu da döyülüb. Bu haqda başqa bir nəşr bildirib. 

"Kavkazskiy uzel"in xəbərinə görə, dekabrın 8-də gürcü KİV əməkdaşları  Tbilisinin mərkəzində etiraz aksiyalarını işıqlandırarkən zərər çəkən həmkarları ilə həmrəylik aksiyası keçiriblər. Bundan əvvəl jurnalistlər və fəallar naməlum maskalı şəxslərin etirazçılara hücum etməsindən şikayətləniblər ki, bunun arxasında “Gürcü arzusu” dayanır. Hakim partiya belə hücumlarda hər hansı əli olduğunu təkzib edib.

Xatırladılır ki, Gürcüstanda noyabrın 28-dən etibarən etiraz aksiyaları keçirilir. Təhlükəsizlik qüvvələri etirazları zorakılıqla basdırır, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir, etirazçıları həbs edir.

Noyabrın 28-də Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib və “Gürcü arzusu”nun liderlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Həmin gün baş nazir Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edəcəyini açıqlayıb. Və həmin bəyanatdan sonra ölkədə etiraz aksiyaları başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri