Gürcüstan Prezidenti: İqtisadiyyatı hərbi istehsala keçən Avropa dövlətləri müharibənin bitməsini istəmirlər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 25 dekabr, AZƏRTAC
Gürcüstan dövləti müharibənin bitməsini çox istəyir, bunun üçün istənilən formata qoşulacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili televiziyaya açıqlamasında deyib.
"Son illər, xüsusən də Ukraynada başlayan müharibə bizə praqmatik, müdrik və ardıcıl siyasət yürütməkdə çox yaxşı təcrübə qazandırıb", - deyə Kavelaşvili vurğulayıb.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başladığı ilk gündən Gürcüstan bu müharibədən yayınmağı tələb edir. "İlk gündən etibarən Gürcüstan böyük ölkələrin bu müharibənin və sonradan Ukraynada baş verən fəlakətlərin qarşısını almaq üçün təcili olaraq bir araya gəlməsini tələb edən ölkələrdən biri idi. Əlbəttə ki, müharibənin bitməsi üçün böyük bir istəyimiz var və bunun üçün istənilən formata qoşuluruq. Biz sülhün bərqərar olmasını istəyirik, biz həmişə buna sadiq olmuşuq", - deyə Gürcüstan Prezidenti bildirib.
Onun sözlərinə görə, görünür, Aİ ölkələri müharibəyə qarşıdırlar, amma onlar birbaşa sülh danışıqlarına mane olurlar.
Prezident deyib: "Müharibəyə qarşı çıxmaq bir şeydir, birbaşa sülh danışıqlarına mane olmaq isə başqa bir şeydir. Makron və Merts arasında bu məsələdə fikir ayrılığı var. Onların fikrincə, müharibə bitərsə, Avropa İttifaqının sonunu görəcəklər. Onların bütün iqtisadiyyatı hərbi istehsala keçib. Bu çətinliklərdə, bu xaosda biz sülh siyasətini təşviq etməyə çalışırıq. Bizimlə eyni fikirdə olanlarla daha sıx əlaqələr qurmağa çalışırıq, amma heç kim Gürcüstanın heç bir yerdə səhv bir şey etdiyini deyə bilməz".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















