Icma.az
close
up
RU
Gürcüstan: Avropa İttifaqı Gürcüstan xalqını ələ salır

Gürcüstan: Avropa İttifaqı Gürcüstan xalqını ələ salır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanın parlamentinin sədri Şalva Papuaşvili, Avropa İttifaqının, Moldova və Ukraynanın Gürcüstandan daha irəlidə olduğunu söyləyərək, gürcüləri "ələ salır" deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Papuaşvili jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Avropa İttifaqı, Gürcüstanı Moldova və Ukrayna ilə müqayisə edərkən sadəcə gürcülərə lağ edir. Onlar deyirlər ki, Ukrayna və Moldova obyektiv olaraq Gürcüstandan irəlidədirlər, bu, tamamilə gürcü xalqına qarşı bir təhqirdir", - deyə qeyd edib.

Parlament rəhbəri, Moldova və Ukraynanın yalnız "Brüssel bürokratiyası ilə qucaqlaşdığı"nı qeyd edib. "Onlar Brüssellə yaxın əlaqələr qururlar, çünki onlara heç vaxt seçilməyən bürokratlar tərəfindən verilən tapşırıqları yerinə yetirirlər. Biz bunu edə bilmərik", - deyə o əlavə edib.

Papuaşvili, Gürcüstanın həm iqtisadi göstəricilər, həm də demokratiyanın inkişafı baxımından, həm Moldova, həm də Ukraynadan öndə olduğunu vurğulayıb.

2024-cü ilin mayında Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul edib, bu da ölkənin Avropa İttifaqı və ABŞ ilə münasibətlərinin gərginləşməsinə səbəb olub. Avropa İttifaqı dəfələrlə Gürcüstan hökumətini bu qanundan imtina etməyə çağırıb, lakin hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının rəhbərləri qanunun məqsədinin Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının maliyyə axınlarının şəffaflığını təmin etmək olduğunu israrla bildirib. Bu təşkilatlardan bəziləri ölkədə inqilab təşəbbüsü göstərməyə çalışıblar.

2024-cü ilin 26 oktyabrında keçirilən parlament seçkilərində "Gürcü Arzusu" partiyası 53,93% səs toplayaraq qalib gəlib və qanunverici orqanda 150 mandatdan 89-nu əldə edib. 2024-cü ilin 28 noyabrında partiya, Avropa İttifaqı ilə danışıqların dayandırılmasına və 2028-ci ilə qədər Avropa İttifaqından bütün büdcə qrantlarını rədd etməyə qərar verib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Yanvar 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri