Gürcüstan Xüsusi İstintaq Xidməti Tbilisidəki etiraz aksiyaları ilə bağlı mühüm detalları açıqlayıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstan Xüsusi İstintaq Xidməti Tbilisidə təşkil olunan etiraz aksiyalarında baş verən hadisələrlə bağlı istintaqın gedişi barədə məlumat yayıb.
"Report"un yerli bürosunun məlumatına görə, Gürcüstan Xüsusi İstintaq Xidməti 2024-cü ilin noyabr və dekabr aylarında Tbilisidə keçirilən etiraz aksiyalarında iştirakçılara qarşı vəzifə səlahiyyətlərinin zorakı yolla aşılması və jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə faktları ilə bağlı aparılan istintaqın detallarını açıqlayıb.
Bildirilib ki, istintaq çərçivəsində indiyədək 343 nəfər, o cümlədən 49 jurnalist dindirilib. Aksiyada xəsarət alan 226 nəfər üzrə tibbi ekspertizalar təyin edilib.
İstintaq aksiyanın keçirildiyi ərazi və ətraf küçələrdə yerləşdirilən müşahidə kameralarının 1400 saatlıq görüntülərini araşdırır. Sübutların toplanması məqsədilə 59 nəfərin geyimləri ekspertizaya təqdim olunub.
Eyni zamanda, polis əməkdaşlarının və saxlanılan şəxslərin ifadələri alınır. Toplanmış sübutlar əsasında 52 nəfərə zərərçəkmiş statusu verilib.
Bundan əlavə, 2024-cü il dekabrın 7-də Tbilisidə “TV Pirveli” əməkdaşlarına hücum faktı üzrə istintaq davam edir. İstintaq çərçivəsində 52 nəfər dindirilib, video görüntülər araşdırılır və ekspertizalar təyin olunub.
Xüsusi İstintaq Xidməti istintaqın nəticələri barədə ictimaiyyəti əlavə məlumatlandıracağını bildirib.
Baxış sayı:102
Bu xəbər 17 Yanvar 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















