Gürcüstanda C5 kateqoriyalı viza tətbiq oluna bilər
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 6 aprel, AZƏRTAC
Gürcüstanda C5 kateqoriyalı yeni adi viza tətbiq oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Qanuna müvafiq dəyişikliklər ediləcək. Artıq bu qanun layihəsi Gürcüstan parlamentində sürətləndirilmiş prosedur çərçivəsində nəzərdən keçirilir.
Layihəyə əsasən, bu kateqoriyadan olan viza 5 illik etibarlılıq müddəti və Gürcüstanda 1 illik qalma müddəti üçün veriləcək.
C5 kateqoriyalı adi viza Gürcüstana qısamüddətli məqsədlərlə gələn, bu ölkəyə turist məqsədilə daxil olan və respublika ərazisindən kənarda fəaliyyət göstərən qeyri-rezident şəxslə əlaqəli olduqda, yalnız qeyri-rezident şəxsin xeyrinə fəaliyyət göstərmək hüququna malik olan şəxsə verilir. Bu kateqoriyalı viza, həmçinin şəxsin həyat yoldaşına və yetkinlik yaşına çatmayan uşaqlarına da verilir.
Qeyd edək ki, qanun layihəsi hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatları tərəfindən hazırlanıb və artıq parlamentdə müzakirəyə çıxarılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Aprel 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















