Icma.az
close
up
RU
Gürcüstanda da aksiyalara start veriləcək?

Gürcüstanda da aksiyalara start veriləcək?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədən sonra qonşu Gürcüstanda da vəziyyət gərginləşə bilər. Belə ki, Tiflisdə "Gürcü Arzusu"na qarşı sanksiyaların tətbiqini nəzərdə tutan ABŞ-nin "MEGOBARI Aktı"na dəstək verən kütləvi aksiya keçirilib.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, aksiyada prezident Donald Trampın portretləri qaldırılıb və nəhəng ABŞ bayrağı dalğalandırılıb.

Gürcü müxalifət sanksiyaların martın 27-də ABŞ konqresində müvafiq komitə tərəfindən təsdiqlənəcəyinə ümid edir.

Yada salaq ki, "MEGOBARI Aktı" demokratik azadlıqların pozulmasında əli olan Gürcüstanın hakim elitasının üzvləri ABŞ-yə səfər etmək və ölkənin bank sistemindən istifadə etmək hüququnu yasaqlanmasını nəzərdə tutur.

Sənəddə hakim "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvilinin mənfi rolu xüsusilə vurğulanır. Bundan əlavə, ABŞ Dövlət Departamenti Tiflisin beynəlxalq sanksiyalara, o cümlədən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara nə dərəcədə diqqətlə əməl etdiyini yoxlayacaq. Qanun layihəsinin müəllifi iki respublikaçıdır: Gürcüstan müxalifətinin dostu, konqresmen Co Vilson və Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riş. "Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri Anna Natsvlişvili deyib ki, Tramp və yeni administrasiya "çox yaxşı başa düşür ki, İran, Çin və rusların dostları eyni zamanda Amerikanın dostu ola bilməz", - "Gürcü Arzusu"nun nümayəndələri isə Trampa rəğbətlərini hər cür nümayiş etdirməkdədir. Onların fikrincə, sanksiya təşəbbüsü Trampın mübarizə apardığı "dərin dövlət"in təşəbbüsüdür.

"Gürcü Arzusu"nun parlamentdəki lideri Mamuka Mdinaradze senator Rişinin "dərin dövlət"lə əlaqəsinə işarə edib. Deputat İrakli Zarkua "əgər Tramp və onun administrasiyası "dərin dövlət"i məğlub edə bilsələr, mən əminəm ki, bu münasibətlər bərpa olunacaq" deyib.

Politoloq Petre Mamradze "Nezavisimaya qazeta"ya xatırladıb ki, "MEGOBARI Aktı"nın qəbulu ötən ildən planlaşdırılır. "Qanun layihəsi gürcü müxalifətinin diktəsi ilə hazırlanıb. Bu, onun adından da aydın görünür - MEGOBARI gürcü dilində "dost" deməkdir.

Mamradze qeyd edib ki, Tiflis ABŞ ilə qarşıdurma istəmir. "Qanun layihəsi həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənir. Trampın seçilməsi və ondan sonra Ukrayna ilə bağlı danışıqlar Gürcüstan məsələsini arxa plana keçirdi, lakin bu, unudulmadı. Yaxın gələcəkdə "MEGOBARI Aktı" çox güman ki, qəbul olunacaq" politoloq Nika Çitadze bildirib.

O, həmçinin qeyd edib ki, "Gürcü arzusu"nun nümayəndələri Trampla bağlı ritorikalarını dəyişməyə başlayıblar, indi bu prosesi ABŞ prezidentinin "dərin dövlət" üzərində qələbəsindən asılı vəziyyətə salırlar.

"Çox güman ki, "Gürcü arzusu" Amerikanın sanksiyalarından qorxur. Digər şeylərlə yanaşı, onlar mübarizəni davam etdirmək üçün müxalifətə əlavə güc verəcəklər", - Çitadze fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Mart 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri