Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan vətəndaşı Allahverdiyev Telman Musa oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Telman Allahverdiyevin xüsusilə külli miqdar təşkil edən məbləğdə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib və o, istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.
T.Allahverdiyev Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Noyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















