Gürcüstanda Katolikos Patriarx seçkisi üçün üç namizəd MÜƏYYƏNLƏŞDİ
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanda Katolikos-Patriarx vəzifəsinə namizədlər müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Jagmaidze jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Müqəddəs Sinodun üzvləri tərəfindən üç namizəd irəli sürülüb. Bunlar Locum Tenens Şio, yepiskop İob və yepiskop Qriqoldur.
Bildirilib ki, namizədlərin seçilməsi səsvermə yolu ilə həyata keçirilib və növbəti mərhələdə yekun qərar veriləcək.
Xatırladaq ki, mart ayının 18-i Gürcüstanın Katolikos-Patriarxı II İlya vəfat edib. Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfat ilə bağlı Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:86
Bu xəbər 28 Aprel 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















